Azərbaycanca

Leyla Əliyevadan başsağlığı (FOTO)

03.08.2014 | 19:26

50361Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhid olan Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, bu haqda Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Facebook səhifəsində yazıb.

 

 

“Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər.a1e45c9d2a0d

 

Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam”.

 

 

“KarabakhİNFO.com”

03.08.2014 19:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*