Azərbaycanca

Litva XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır

02.09.2014 | 16:53

10647772_1499131587000428_397611460_n“Xanım Daliya Kuodite Litva parlamentinin üzvüdür və o hazırda, Ermənistan və Dağlıq Qarabağda şəxsi səfərdədir. Bu səfəri parlament və ya Litvanın digər rəsmi institutu təşkil etməyib”.

APA-nın  sorğusuna cavab olaraq Litvanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Nazirliyin cavabında qeyd olunub ki, bu şəxsi səfər Litvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə, eləcə də ölkənin Azərbaycan və Ermənistanla ikitərəfli əməkdaşlığına təsir etməyəcək: “Litva Xarici İşlər Nazirliyi inanır ki, parlament üzünün özəl səfəri Azərbaycan və Litva arasında aktiv inkişaf edən dost münasibətlərinə zərər gətirməyəcək”.

 

Qeyd edək ki, Litva parlamentinin üzvü olan Daliya Kuodite qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

02.09.2014 16:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*