Azərbaycanca

London Diplomatiya Akademiyasının rektoru: “Xocalı soyqırımı törədənlər Ermənistanda hakimiyyətdədir”

19.09.2014 | 11:33

britain_deputats_180914_01Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmaq lazımdır və problem nizamlanmalıdır. Bunu cümə axşamı Trend-ə müsahibələrində Böyük Britaniya parlamentinin üzvləri deyiblər.

 
Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə nazir Piter Laff bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə lazımi diqqət ayrılmır: “Bu, həll edilməli olan mürəkkəb münaqişədir”.

 
Onun sözlərinə görə, Ukraynadakı hadisələr və “İslam Dövləti” qruplaşmasının Yaxın Şərqdəki fəaliyyəti nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinə az diqqət yetirilir.

 
Parlamentin digər üzvü Toni Boldrinin fikrincə, münaqişənin həll yolu tapılmalıdır: “Bu, əbədi asılı vəziyyətdə qalacaq və unudulacaq situasiya deyil. Buna görə də nə isə etmək lazımdır ki, insanlar başa düşsünlər ki, münaqişə həqiqətən də həll olunmalıdır”.
Onun fikrincə, buna nail olmağın yollarından biri dünya üzrə müxtəlif konfransların təşkil edilməsidir: “Məqsəd daha çox insanın bu münaqişəni başa düşməsidir”.

 
Xocalı soyqırımından danışan T.Boldri qeyd edib ki, gələcəkdə belə cinayətlərin qarşısını almaq üsullarından biri insanların belə hərbi cinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törədilən zaman immunitetlərinin olmayacağını başa düşməsidir: “Bununla da gec və ya tez ədalət qalb gələcək. Biz beynəlxalq hüquq sisteminə malik olmalıyıq. O zaman hərbi cinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törətməyə çalışan insanlar biləcəklər ki, onlar məsuliyyətdən yayına bilməyəcəklər”.

 
London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad isə hesab edir ki, siyasətçilərin bu faciə barədə az məlumatları var: “Onlar nə baş verdiyini bilmirlər”.

 
Onun sözlərinə görə, ermənilərin Vaşinqton, Paris və Brüsseldə lobbiləri var: “Azərbaycan da dünyaya daha açıq olmalı və bu məsələlər üzrə dünyanı məlumatlandırmalıdır”.

 
N.Ayad qeyd edib ki, bu prosesdə öyrətmə və tərbiyə vacib rol oynayır. O, Xocalıda baş vermiş hadisəni cinayət, qırğın və soyqırım adlandırıb və əlavə edib ki, beynəlxalq aləm baş verənlərə diqqət ayırmalıdır: “Biz bilirik ki, cinayətkarlar hakimiyyətdədir və onlar hər hansı vaxtdan asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

 

“KarabakhİNFO.com”

 

 

19.09.2014 11:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*