Azərbaycanca

Londonda unikal Xocalı aksiyası – FOTO

25.02.2015 | 11:33

84534

Faciə qurbanlarının xatirəsinə incəsənət qurğusu yaradılıb

 

 

 

 

 

 

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonda Xocalı qurbanlarının xatirəsinə incəsənət qurğusu yaradılıb.

 

 

349b408a6394Çelsi İncəsənət Kollecində quraşdırılmış incəsənət qurğusunda Xocalı faciəsi nəticəsində həlak olan hər bir soydaşımızın xatirəsinə üzərilərində adları və təvəllüdləri yazılmış köynəklər asılıb.

 

 

 

 

 

 

be9d507ce8ceTədbirdə Böyük Britaniya parlamentinin deputatı Kristofer Pinçer Xocalı faciəsi qurbanlarının xatirəsinin incəsənət vasitəsilə anılmasını və insanların diqqətinin faciəyə yönəldilməsini yüksək qiymətləndirib. K.Piçer Xocalı faciəsində həlak olan soydaşlarımız haqqında statistik məlumatlar verib.

 

 

 

 

Tezliklə ədalətin bərpa olunmasını, ermənilər tərəfində işğal olunan torpaqlarımızın geri qaytarılmasını və yurd- yuvalarından didərgin düşən Azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasını arzu edib.

 

46b6967afe9c

 

Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq havaya şarlar buraxılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

45dc23c5ad71

 

Daha sonra incəsənət qurğusuna baxış olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AzərTac

 

 

 

 

25.02.2015 11:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*