Azərbaycanca

“Mən Qarabağ məsələsini türk dünyasının bir problemi kimi görürəm”

11.03.2014 | 12:34

1394526805_mustafa-tuyluoglu-1392106547Türkiyə Madenli bələdiyyəsinin başqanı, eyni zamanda  Böyük Birlik Partiyasından bələdiyyə başqanlığına namizəd Mustafa Tüylüoğlunun “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsi:

Mustafa bəy, Azərbaycanın əsas problemi Qarabağ məsələsi hələ də öz həllini tapmır. Bir bələdiyyə başqanı olaraq, bu haqda nə deyə bilərsiniz?

 

-İlk öncə qeyd edim ki, bu problem təkcə  Azərbaycanın yox, Türkiyənin problemidir.  Qarabağ məsələsinə bu yöndən yanaşmaq lazımdır. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və inanırıq ki, belə də olacaq.

 

Mən Qarabağ məsələsini türk dünyasının bir problemi kimi görürəm. Qarabağ torpaqları Ermənistan və onun havadalarının  birgə hücumları nəticəsində işğal olunub. Yoxsa Ermənistan heç bir zaman Azərbaycanın torpaqlarını işğal edə bilməzdi. Bir milyon azərbaycanlı insanımızın öz torpaqlarından didərgin düşməsi və onların qaçqın həyatı yaşaması Ermənistanın iç üzünü açıb ortaya qoyur. Bunu heç kim dana bilməz və bu yaxın tariximizdə baş verib.

 

XX əsrin ən böyük soyqırımlarından biri də Xocalıda yaşanıb. Ermənistan ordusu Xocalıda minlərlə insanı vəhşicəsinə qətlə yetirdilər. Bu dünyanın gözü qarşısında baş verib. O kadrlara baxarkən yaşanan vəhşiliyə susmaq və laqeydlik nümayiş etdirmək mümkün deyil. Bu insanlığın faciəsidir və bütün dünya buna öz etirazını bildirməlidir.

 

-Ümumiyyətlə, Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Üstəlik, Azərbaycana meydan oxuyur. Sizcə, Ermənistanın Azərbaycana qarşı real savaşda qalib gəlməsi mümkündürmü?

 

-Hazırda  Ermənistan elə bir vəziyyətdədir ki, onun Azərbaycanın qarşısında dayanması qeyri-mümkündür. Ermənistandan səslənən belə bəyanatlar hamısı blefdir və daxili ictimaiyyətə hesablanmış taktiki gedişdir. Amma Ermənistan kimi aldadır bu, mənim üçün çox maraqlıdır. Bu gün ölkənin durumu bərbad gündədir. İnsanlar ölkəni tərk edirlər və yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkənin ümumi əhalisi 2 milyona güclə çatır.

 

-Düz qeyd etdiniz ki, Ermənistanda insanlar yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Türkiyədə nə qədər erməninin yaşadığını bilirik. Bu gün Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməsi gülünc deyilmi?

 

-Bəli, xatırlayırsınızsa, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində qeyd etmişdi ki, Türkiyədə 70 min qaçqın erməni yaşayır. Onların geri qaytarılması Ermənistan üçün böyük sosial partlayış deməkdir. Ona görə də erməni siyasətçiləri boğazlarından yuxarı danışmamalıdırlar. Türkiyə hakimiyyəti onları geri qaytarmaqla, Ermənistan böyük problem açar. Bu isə ölkədə sosial partlayışa səbəb olar. Ermənistanın tək çıxış yolu Azərbaycanın işğal etdiyi torpaqları azad etməkdən və Türkiyə ilə normal münasibətdən keçir. Bu isə real praqmatik siyasətin əsas şərtidir. Təəssüf ki, erməni siyasətçiləri bunu dərk etmirlər.

 

Elnur Eltürk

 

“KarabakhİNFO.com”

11.03.2014 12:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*