Azərbaycanca

Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəm

14.10.2013 | 18:07

1381759882_img_6997Zaur Qəriboğlu: Rəcəb bəy, Azərbaycana xoş gəldiniz. Türkiyə hər zaman bizə qardaş  olan dövlətdir. Mənim üçün türklər harada yaşamasından asılı olmayaraq  bütövün tərkib hissəsidirlər…

– Bu yaxınlarda mən Bosniya və Hersoqovinada oldum. Orada prezidentlə görüşdə də dedim. Türkiyədə hökumətin kim olmasından asılı olmayaraq,Bosniya və Hersoqovinaya dair siyasətimiz dəyişməz. Eyni hal Azərbaycana da aiddir. Bu gün hakimiyyətdə AKP, sabah CHP və ya koalisiya hökuməti ola bilər,amma bizim Azərbaycan siyasətimiz, Qarabağ məsələsində mövqeyimiz sabitdir. Biz dünəndə Xocalı qətliamını qınayırdıq, bu gün də qınayırıq və sabah da qınayacağıq. Dünyanın harasında olmasından asılı olmayaraq, bunlar insanlıq faciəsidir.

 

Zaur Qəriboğlu: Bunlar türklərə qarşı işlənmiş cinayətdir. Onu da qeyd edim ki, Xocalıda qətlə yetirilənlərin əksəriyyəti Axıska türkləri olmuşlar. Mən Türkiyədə olanda da demişdim ki,ermənilər bizi azərbaycanlı olaraq qırmadılar, türk olaraq qırdılar. Bu gün Ermənistanın Konstitusiyasında təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da torpaq iddiaları vardır. S.Sarkisyan sonuncu dəfə gənclərlə görüşündə də dedi: “Bizim nəsil Qarabağı azad etdisə, sizin nəsil Ağrı dağını azad edəcək.” Artıq bunlar Türkiyəyə qarşı açıq torpaq iddiaları irəli sürürlər. Hal-hazırda da qondarma erməni soyqırımının təbliğinə dair geniş tədbirlər hazırlayırlar. Bizim e-jurnalımıza qarşı onlar tərəfindən dəfələrlə hücumlar olmuşdur. Çünki bizim e-jurnal “KarabakhİNFO.com” adlanmasına rəğmən ümumilikdə ermənilərin türk xalqları ilə münasibətlərindən və onların türklərə qarşı törətdiyi cinayətlərdən bəhs edir.Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəm

 

Zaur Əliyev: Rəcəb bəy,sizə bir sual vermək istəyirəm. Bu gün Türkiyədə ermənilər kifayət qədər gücə sahibdirlər. Sizcə onlar Türkiyənin xarici siyasətinə təsir edə bilirlər, yoxsa yox?

 

-Türkiyədəki ermənilərin Türkiyənin xarici siyasətinə təsir edə biləcək imkanlara malik olmasına mən inanmıram. Amma Türkiyədən xaricdə olan erməni lobbisinin Türkiyəyə qarşı doğru olmayan bir siyasətin meydana gəlməsində bir təsiri vardır. Ermənilər 1915-ci ildə baş verən olayları 2013-cü ilə daşıyaraq bugünkü çərçivələrlə o dövrə baxmağa çalışırlar. Amma bu yanlışdır. Ermənilər o dövrdə xarici güclərin marağına uyğun olaraq Osmanlını arxadan vurmuşdular. 1915-ci il hadisələri Osmanlı dövlətinin zəiflədilməsi üçün görülən tədbirlər idi. Köçürülmə zamanı müəyyən qədər insanın aclıqdan, soyuqdan ölməsi normaldır. Həm də ölənlər təkcə ermənilər deyil, türklər də olmuşdur. Ermənilər həmin dövrdə türk kəndlərinə basqınlar etmişlər. Hal-hazırda da biz Türkiyədə türklərə qarşı kütləvi qırğınları sübut edən toplu məzarlar tapırıq.

 

Zaur Əliyev: Necə ki, biz Qubada və digər yerlərdə tapırıq…

.

-Təbii. Həm də deyilən ölüm sayı da gülüncdür. O dövrdə o qədər erməninin orada yaşaması mümkün deyildi.

 

Zaur Əliyev: İngilis statistikasının qeydlərinə görə,o dövrdə ümumən Türkiyə ərazisində 200 min erməni yaşayıb.

 

-Əlbəttə, o dövrdə Türkiyədə yaşayan ermənilərin cəmini toplasan 100 min etməzdi. Bu işi tarixçilər araşdırmalı və bütün dünyanın qarşısına qoymalıdırlar. Bu ermənilərin iddiaları çirkin iddialardır.

 

Zaur Əliyev: Ermənilər belə bir iddia səsləndirirlər ki,Böyük dövlətlər bizə Gümrüdə, indiki Türkiyə ərazisində erməni dövləti yaratmağı vəd etmişdi.Biz indiki dövlətin yarandığı ərazini, yəni İrəvan və onun ətrafını istəməmişdik. O dövrdə Türkiyənin belə bir razılşaması var idi?Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəm

 

-Mən buna inanmıram. Biz Asiyada və Avropada min illərdir var olan bir millətik. İndi bizim bir qisim torpağımızda erməni yaşayır deyə, biz bu torpaqlardan vaz keçməliyik? Belə bir fikir həyata keçə bilməz. Ermənilər buraya sonradan köçürülmüşlər. Türkiyə dediyiniz məsələyə razılıq verə bilməz. Əgər razılıq versəydi, biz Qurtuluş savaşını etməzdik. Ermənilər mərkəzi İrəvan olmaqla bir dövlət qurdular. Sözümüz yox! Amma sən gəlib  Azərbaycanın ərazisini işğal edərsənsə, oradakı türkləri qətlə yetirərsənsə, insanların yaşam hüququnu pozarsansa mən buna dayan deyərəm. Həm də dediyiniz kimi bu vədi onlara biz vermədik, xarici dövlətlər verdi. Xarici dövlətlər erməni diasporasının təzyiqi ilə Xocalıda, Qarabağda olanları bir kənara qoyaraq, əsassız 1915-ci il olaylarını qabartmağa çalışırlar.

 

Mehman Həsən: Bilirsiniz ki, 1895-96-cı illərdə də ermənilər Osmanlı ərazisində qətliamlar törətdilər. O dövr Osmanlıda işləyən rus konsulu Mayevski, fransız səfiri Kambon “erməni məsələsi”nin xarici güclərin planı olduğunu öz raportlarında açıq şəkildə yazırdılar. Rəcəb bəy, bölgədə güclənən bir Türkiyə vardır. Bu bizi çox sevindirir. Azərbaycan dövləti olaraq bizim əsas hədəfimiz Qarabağın işğaldan azad olunmasıdır. Güclü Türkiyə bu məsələdə Azərbaycana hansı dəstəyi verə bilər?

 

-Çox gözəl bir sual soruşdunuz. Türkiyədə bütün siyasi partiyalar ermənilərin Qarbağdan çıxmasını istəyir. Bu səbəbdən də biz Türk dövləti olaraq Ermənistanla bütün diplomatik, ticarət əlaqələrimizi kəsdik. Bir zaman prezidentimiz Ermənistanda matç izləməyə getdi. Biz o zaman da bunun yanlış olduğunu bildirdik və haqlı çıxdıq.

 

Çünki ermənilər bunu güzəşt olaraq qəbul edirlər. Türkiyə təkbaşına Türk Cümhuriyyəti deyil. Biz Azərbaycanla iki dövlət bir millətik.

 

Zaur Əliyev: Hrant Dinkin ölümündən sonra “Hepimiz ermeniyiz” kimi şüarlar səsləndirilməyə başlanıldı. Sizcə bu, Türkiyə xalqının düşüncəsi, yoxsa hər hansı daxilə yönəlik siyasətin tərkib hissəsi idi?Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəm

 

-Türkiyənin bu gün 76 milyon əhalisi vardır. Bu qədər böyük bir əhalisi olan ölkədə fərqli düşünən insanların olması normaldır. Amma türk əhalisinin çoxu bu cür düşünmür. Mən türk oğlu türkəm. Məni nə erməni, nə yəhudi, nə də rus edə bilmərsiniz.

 

Zaur Əliyev: Rəcəb bəy, mən diaspora ilə bağlı araşdırmalar aparmışam, kitablarım var. Bu gün dünyada erməni diasporunun gördüyü işi türk diasporu görə bilmir. Bu yöndə Türkiyə dövlətinin strateji çalışmasını, digər türk xalqlarını bir araya gətirməsini görmürük.

 

Mehman Həsən: Məsələn; Suriyada, İraqda türkmənlər öldü, amma lazımı təpkini görə bilmədik.

 

-Mən tamamilə sizin bu fikrinizə qatılıram. Türkiyə 90 illik, bölgədə lider bir dövlətdir. Dediyiniz kimi bölgədə digər türk xalqlarının gözü Türkiyədədir. Çox təəssüf ki, son on ildə mövcud hökumət Türk Dünyası ilə əlaqələri ikinci plana ataraq, din məsləsini önə çəkdi. Son on ildə Türk dövlətinin xarici siyasəti yanlış tərəfə yönləndirildi.

 

Zaur Əliyev: Bəs,CHP-nin Türk Dövlətləri ilə münasibətlərinə dair bir strategiyası varmı?

 

Biz, Cümhuriyyət Xalq Partiyası olaraq, ölkə xaricində bir kordinasiya qurduq. İndi ABŞ-da, Brüsseldə və Avropanın bir sıra ölkələrində CHP-nin təmsilçilikləri fəaliyyət göstərir.

 

Mehman Həsən: Azərbaycanda varmı?

 

-Qayıdanda mən bunu mütləq Sayın Kamal Kılıçdaroğluna çatdıracağam.

 

Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəmMehman Həsən: Rəcəb bəy, bu gün bir çox Azərbaycan musiqiləri, yeməkləri ermənilər tərəfindən oğurlanır. Televiziyada baxdığımız zaman Türkiyədə də belə, bunlar ən yaxşı halda anonim olaraq təqdim olunur. Sizcə, Türkiyə kanallarında bu cür təqdimatın olması ermənilərə bir güzəştdimi, yoxsa hələ də həqiqətin bilinməməsidir?

 

-Məncə bir çox məqamlarda həqiqətin bilinməməsindən irəli gəlir. Amma bir şeyi unutmayın ki, azərbaycanlılar bizim qardaşımızdırlar. Bu arada başqanımız Kamal Kılıçdaroğlunun da Azərbaycana çoxlu salamlarını gətirdik.

 

Mehman Həsən: Rəcəb bəy, bu gün biz bir-birimizi eyni millətin nümayəndələri olduğumuz üçün çox rahat başa düşürük. Eyni zamanda bizim Orta Asiyada, geniş türk coğrafiyasında qardaşlarımız vardır. Ortaq türk dilinin yaranması ilə bağlı nə düşünürsünüz?

 

-Milləti millət edən səbəblərin başında onun danışdığı dil gəlir. Məsələn; mən bəzən Kosovoya gedirəm. Orada albanlar da yaşayır. Çoxu müsəlmandır. Mən onlarla bir məsciddə namaz qıla bilirəm,amma danışa bilmirəm, anlaya bilmirəm. Demək ki, bəzən din insanları birləşdirmir, amma dil birləşdirir. Mən Azərbaycanda bəzi kəlmələrdə çətinlik çəksəm belə,hər yerdə insanları rahat başa düşə bilirəm.Düşünürəm ki, Türk dünyasında türk dilinin ortaq türkcə halına gəlməsi vacibdir. Dilimizi gücləndirməyə ehtiyac vardır. Bu gün internet sayəsində ingilis dili dünya dili oldu. Türk dili zəngin və qədimdir. Türk dilini dünya dili etmək üçün nüfuza və coğrafiyaya sahibik. Bizi sabaha, gələcəyə aparacaq türk mədəniyyəti və türk dilidir.

 

Zaur Əliyev: Mən özüm Qarabağlıyam. Bu işğalın ağrı-acısını yaşamışam. Qarabağ işğaldan azad olunanda ilk olaraq haranı görmək istəyərdiniz?

-Mən Qarabağı tam olaraq gəzmək, bütünlüklə görməyi çox istəyirəm.

 

Mehman Həsən: Rəcəb bəy,bizimlə səmimi söhbətə razılıq verdiyiniz və suallarımızı cavablandırdığınız üçün “KarabakhİNFO.com” e-jurnalı olaraq, sizə təşəkkürümüzü bildiririk.

 

– Çox sağ olun.Mən də şad oldum.

 

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

14.10.2013 18:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*