Azərbaycanca

M.Çavuşoğlu: “Rusiya-Qərb qarşıdurması Qarabağ məsələsinin həllinə mane olur”

18.11.2014 | 11:18

cavusogluQarabağ münaqişəsinin həll edilməmə səbəbi Qərb-Rusiya qarşıdurmasıdır.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.

 

 

O, Rusiya-Qərb qarşıdurmasının son dövrlərdə artdığını vurğulayıb: “Berlin divarı sökülüb, amma daşlar hələ yerinə oturmayıb, beyinlərdəki divar sökülməyib. “Soyuq müharibə” hələ də beyinlərdə davam edir. Bu, son dövrlərdə daha açıq hiss edilir. Krımın Rusiyaya ilhaq edilməsi üçün heç nə səbəb olaraq göstərilə bilməz.

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi niyə həll edilmir? Çünki Qərb-Rusiya qarşıdurması var. Rusiya da, Qərb də keçmişdən dərs almalı, “soyuq müharibə”nin nələrə bais olduğunu görməlidir.”

 

 

“KarabakhİNFO.com”

 

 

18.11.2014 11:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*