Azərbaycanca

Macarıstanın aparıcı siyasi partiyası Xocalının ildönümü ilə bağlı açıqlama yayıb

03.03.2016 | 14:58

Macarıstan parlamentində təmsil olunan ikinci böyük siyasi partiya – Daha Yaxşı Macarıstan Uğrunda Yobbik Partiyası Xocalısoyqırımının ildönümü ilə bağlı press reliz yayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri  tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Dağlıq Qarabağmünaqişəsindən bəhs edən bu mühüm sənəd ölkənin aparıcı KİV-lərində dərc edilib.

Press-relizdə Azərbaycan xalqının 1988-ci ildə elan olunmamış müharibə nəticəsində erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubluğa görə 83 nəfəri uşaq, 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur. Ermənistanın bu gün də Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı sənəddə, törədilən qanlı cinayətlərə baxmayaraq, Azərbaycanın münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsilə həllinə çalışdığı bildirilir.

Yobbik Partiyası ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınadığını, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişəni həlli  və uzunmüddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirib. Sənəddə eyni zamanda Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilir.

Partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü münasibətilə Azərbaycana rəhbəri olduğu partiyanın kədər və təəssüfünü çatdırmağı xahiş edib.

03.03.2016 14:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*