"KarabakhİNFO.com"

beynəlxalq elektron jurnal

karabakh-tv

sənədlər anİmasİyada

Elxan Süleymanov

AVCİYA-nın prezidenti, Millət vəkili

Qafar Çaxmaqlı

 siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Məhərrəm Zülfüqarlı 

tarix üzrə fəlsəfə doktoru 


 

 

Məmməd Əhmədzadə 

Argentina Respublikasında Səfir

Sərsəng

Musiqinin beşiyi Qarabağ

Musiqinin beşiyi QarabağQarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ – Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ aranlı-dağlı bir diyardır. Günçıxandan-günbatana düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzlüyü adamı heyrətə salır. Bu düzlüyü kəndlərin, qocaman qovaqların yollar boyu uzanan sıraları pozur.  Qarabağa gedən yollar adamı başqa bir aləmə aparır. Çox təəssüf ki, indi bu yolların həsrəti bizi yandırıb - yaxır.

 

Qarabağ musiqi beşiyidir! Qeyd edək ki, vaxtilə Şuşa “ Zaqafqaziyanın konservatoriyası” adlandırılmışdır.

 

Azərbaycanın ürəyi sayılan Qarabağ diyarı bu ölkəmizə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr  nəzərdə tutulur. Qarabağ – Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyd qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır.

 

Qarabağ musiqisi barədə bu günki müsahibimiz Azərbaycanın xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovdur.

 

- Mənsum müəllim, sizcə Qarabağı niyə Azərbaycanın musiqi beşiyi  sayırlar?Musiqinin beşiyi Qarabağ

 

-Qarabağ torpağının havasında, suyunda, bir sözlə, təbiətində nəsə bir qeyri-adilik var, bu da həmin coğrafi məkanın insanlarında əks olunub. Yəqin ona görədir ki, Qarabağda hər iki nəfərdən birinin səsi var. Hətta deyərdim ki, Qarabağ Azərbaycanın səs intellekti bazasıydı, oxuyan səsi, harayıydı. Bu təbiətdə rütubət də yoxdur. Rütubət olmayan yerdə isə insanların ciyərləri sağlam olur. Həmişə Qarabağdan paytaxtımıza səslər gəlib və püxtələşərək bir sənətkar kimi xalqımıza xidmət ediblər. Azərbaycanın bir çox böyük korifeyləri, o cümlədən dahi bəstəkarımız Üzeyir Hacıbəyov kimi musiqi sənətimizin yaradıcıları bu torpaqda böyüyüblər. Qarabağda dünyaya göz açan hər kəs muğam eşidir. Məsələn, el şənliklərimizdə Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi sənətkarları biz, uşaq vaxtlarımızdan canlı görməyə alışmışdıq. Sanki onların ifaları ilə tərbiyələnmişdik.

 

- Qarabağın işğalı Azərbaycan musiqisini sizcə hansı itkilərə məruz qoydu? Bu təcavüz musiqimizdə hansı izləri buraxıb?

        

- Qarabağın işğalından sonra biz çox səs itirmişik. Mən deyərdim ki, bu sahədə bizim 60 faiz itkimiz olub. Azərbaycanın başqa bölgələri də var ki, məsələn, Şirvanda, xüsusən Şamaxıda yaxşı xanəndələr yetişir.  Bizim musiqi ifaçılarının silahı səsindədir. İnsanlar bu səslə istənilən ovqata düşə bilər, duyğulanar, düşünər, qərar verər, mübarizəyə qalxar, döyüş əzmkarlığında olar və sair.

 

- Mənsum müəllim, siz  xarici ölkələrdə  tez-tez qastrol səfərlərdə olursunuz. Getdiyiniz ölkələrin ictimaiyyətinin Qarabağ problemi haqda təəssüratı necə olur?

 

- 5-10 il qabaqla müqayisədə indi dünya ictimaiyyətində Azərbaycan, Qarabağ problemi haqda məlumat artıb. Əvvəllər erməni diasporu birtərəfli, yanlış informasiyaları ilə buna mane olurdu. Amma indi ola bilmir. Mən Şərq ölkələrində də, Qərbdə də çox oluram. Amerikada artıq Qarabağ fondu təsis olunub, onlar öz təbliğatlarını aparırlar. Mən deyərdim ki, Qarabağ problemi artıq bütün dünyaya məlumdur.

 

Musiqinin beşiyi Qarabağ- Üzdəniraq qonşularımız torpaqlarımızı işğal etməkləri az deyilmiş kimi, musiqilərimizi də oğurlayırlar. Buna qarşı bizim musiqiçilər hansı işləri görməlidirlər?

 

- Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ermənilər çox iddia edirlər ki, Qarabağda kök salıblar. Əgər onların Qarabağda kökü varsa, niyə muğamlarımızı oxuya bilmirlər? Deməli, onlar Qarabağın nankor qonağı olublar. Muğam bizim xalqa Allah tərəfindən verilmiş vergidir, buna isə heç bir yolla ermənilər nail ola bilməyəcəklər. Mən bir xanəndə kimi hesab edirəm ki,  musiqilərimizin oğurlanmasının qarşılığında biz musiqimizi həm öz xalqımıza, həm də dünya ictimaiyyətinə daha yüksək səviyyədə təqdim etməliyik.

 

Müsahibənin sonunda Mənsum müəllim Qarabağ musiqisi haqqında Qarabağda danışmağı arzu etdi.

 

 

Günel CƏLİL

 

“KarabakhİNFO.com”

 

 


e-Kitabxana
Ədəbiyyat

Qarabağ folkloru: görülən işlər və çıxarılan bəzi nəticələr Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynağa çevrilir. Belə məsələlərdən biri sovet dövrünün qaçaqları haqqında xalq təsəvvür və düşüncəsidir

 


Redaksiya ilə əlaqə:
Ünvan: Azərbaycan, Bakı şəh; Mirqasımov küç; 4/22 AZ 1007
Tel/Fax; (+99412) 440 61 55
Mob; (+99455) 288 99 09;
E-mail: editor@karabakhinfo.com
© 2012 Karabakhinfo.com
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Yuxarı get