Azərbaycanca

Meksika Konqresinin Deputatlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib – FOTOSESSİYA

18.02.2015 | 11:27

ca1df033fbdfcd080baebabdc8e068b0

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Meksika Konqresinin Deputatlar Palatasında konfrans keçirilib

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  APA-ya  istinadən verdiyi  məlumata görə, “İnsan Oğurluğu və Soyqırım Əleyhinə Beynəlxalq Gündəm, Xocalıda Soyqırım Hadisəsi” adlı konfransda Meksika Konqresi Deputatlar Palatasının üzvləri, Amerika İnstitutunun rektoru Ruben Salas, Meskika Xatirə və Dözümlülük Muzeyinin nümayəndəsi Alan Qarsia, Ukrayna, Gürcüstan, Pakistan, Bolqarıstan və Slovakiya respublikalarının Meksikadakı səfirləri, Meksika ictimaiyyətinin nümayəndələri, elm xadimləri, aparıcı universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.

 

868a439bf0c76fced7cca109e4f66989

Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun koordinatorluğu ilə keçirilmiş tədbirə Fondun baş direktoru Alfredo Roxas aparıcılıq edib. Konfransı giriş sözü ilə açan hüquq müdafiəçisi Alfredo Roxas tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırım cinayətləri barədə yeni nəslin məlumatlandırılması, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işinin aparılmasından ibarət olduğunu söyləyib.

 

 

Konfransın Xocalıdakı soyqırımın təhlilinə həsr edildiyini qeyd edən Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi Maqdalena del Sokorro Nunyez bunun dünyada müxtəlif soyqırım hadisələrinin təhlili və bu sahədə Meksikada qanunun aliliyinin təmin edilməsi üçün zəruri təşəbbüslərin zənginləşdirilməsi yolunda əhəmiyyətini vurğulayıb.

 

e557a05ed22dbe6f0ca2e5c1dbe0a828

Daha sonra çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Xocalının da daxil olduğu Azərbaycanın Dağlıq Qarabağ regionunun artıq 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Xocalının yer üzündən silindiyini qeyd edən səfir burada insanlıq əleyhinə soyqırımın törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açan diplomat məsələyə dair Meksika, Kolumbiya, Panama, Peru, Honduras, Pakistan və digər ölkələrin parlamentlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərarları barədə məlumat verərək, bunun Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb.

 

 

116f42cf37c2f0f930987cbbfceea1fa

 

Daha sonra konfrans iştirakçıları Xocalı soyqırımına dair səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli filmə baxıb. Soyqırımın canlı şahidlərinin ifadələri, hadisə yerinin video-çəkilişləri əsasında hazırlanmış film tamaşaçılara dərin təsir bağışlayıb.

 

 

Filmin nümayişindən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın o zaman erməni silahlı qruplaşmalarının başında olduğunu qeyd edən səfir İ.Muxtarov onun Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak etdiyini söyləyib, hazırkı Ermənistan rəhbərliyinin əlinin Azərbaycan xalqının qanına batdığını diqqətə çatdırıb.

 

 

Konfransda həmçinin səfirlik tərəfindən Azərbaycanın tarixi torpaqları, sərhədləri, coğrafiyası, ermənilərin Azərbaycana köç tarixi, xalqımızın üzləşdiyi işğal və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda prezentasiya edilmişdir.

 

 

Tədbirdə söz alan Ukrayna səfiri Ruslan Spirin postsovet məkanında mövcud münaqişələr kontekstində Ermənistan-Azərbaycan münaqişəsi ilə bu gün ölkəsinin üzləşdiyi hərbi işğal və separatizm arasında paralellər gətirib, bu mövzuda dinləyicilərə geniş məruzə edib. Bununla yanaşı, bu yaxınlarda BMT-də müzakirəyə çıxarılmış və qəbul edilmiş Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin Azərbaycan tərəfindən dəstəkləndiyini, Ermənistanın isə qətnamənin əleyhinə səs verdiyini söyləyib.

 

 

Mərasim zamanı tədbir iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırım” jurnalı paylanıb.

 

325efeee4288a90ce6e56fee7d30db28

 

 

Mərasimin yekununda səfir İ.Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir Meksika Konqresinin telekanalı (Canal de Congreso) tərəfindən işıqlandırılıb.

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

18.02.2015 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*