Azərbaycanca

Mikael Melkumyan: “Dövlət büdcəsi Ermənistanı banan respublikasına çevirəcək”

14.11.2014 | 14:41

melkumyan2015-ci ilin dövlət büdcəsinin layihəsi Ermənistanı banan respublikası istiqamətinə aparır. Ermənistan KİV-i xəbər verir ki, bunu bu gün parlamentdə “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat, parlamentin iqtisadiyyat komissiyasının sədr müavini Mikael Melkumyan deyib.

 

Onun sözlərinə görə, Ermənistanın gələcəyi real sektorun inkişafından, elm və istehsalın innovasiyasından asılıdır: “Növbəti ilin büdcəsi buna imkan vermir”.

 
Ermənistanda 2013-cü ildə idxal 4,5 milyard, ixrac isə 1,5 milyard dollar olub. 3 milyard dollarlıq fərqin heç olmasa bir hissəsini xarici investisiya vasitəsilə örtmək olardı. Melkumyanın fikrincə, əksinə proses gedir – erməni biznesmenlər təzyiqə tab gətirməyərək və risk etməyi arzulamayaraq xaricə investisiya qoymağa başlayırlar.

 

 

Fuad Hüseynzadə

“KarbakhİNFO.com”

 

 

14.11.2014 14:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*