Azərbaycanca

Milanda Xocalı soyqırımından bəhs edən “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası olub – FOTOSESSİYA

25.02.2015 | 16:16

3a56272375bfeec39da6e97552ebaf62

Tamaşa Lent.az-ın “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb

 

 

 

 

 

 

 

 

 

İtalyanın Milan şəhərindəki “Teatro Filodramaticci”də Xocalı soyqırımından bəhs edən “Angelo rosso a Khodjaly” (“Xocalıdakı qırmızı mələk”) tamaşasının premyerası keçirilib.

 

 

 

 

f2d4d4ea03fd71f4e0d16fe84067c71e“APA-Holdinq”in Milana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa “APA Holdinq”ə daxil olan lent.az saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.

 

 

Tamaşanın ssenari müəllifi Lent.az-ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır.

 

 

 

9f4765d15ea0bfb5b96b1e2c74b0f36c

 

 

Tamaşada Milan teatrının aktyor heyəti rol alıb.

 

 

 

 

 

 

Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

 

 

3b2641dfa7e82aeee50fbf20c0c2268dPremyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.

 

 

 

 

 

 

APA

 

 

 

 

25.02.2015 16:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*