Azərbaycanca

Millət vəkili Elxan Süleymanov AŞPA-nın Sərsəng su anbarı ilə bağlı məruzəçisi ilə görüşüb

17.12.2014 | 12:31

Elxan Süleymanov 1Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng su anbarı ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşayiət edən şəxslərlə görüşüb.

 

 

AVCİYA-dan “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, qurumun ofisində keçirilən görüşdə Avropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse-prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak ediblər.

 

 

Görüşdə işğal altında olan Sərsəng bəndinin yaratdığı sosial fəlakət, ekoloji böhran Yevlax, Bərdə, Ağdam, Goranboy və Ağcabədi rayonlarının su ilə təminatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər müzakirə olunub.

 

 

Görüşün sonunda qonaqlara AVCİYA-nın Sərsəng layihəsi ilə bağlı nəşr etdiyi kitablar və digər sənədlər təqdim olunub.

 

“KarabakhİNFO.com”

 

 

17.12.2014 12:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*