Azərbaycanca

Millət vəkili Elxan Süleymanovun müraciəti barədə AŞPA qərar verib

23.06.2014 | 10:34

1403505003_elxan-suleymanovMillət vəkili Elxan Süleymanovun mətbuat xidmətindən aldığımız məlumata görə, iyunun 22-də axşam saatlarında Strasburqda AŞPA-nın Sədarət Komitəsinin iclası başa çatmışdır. İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” Qətnamə layihəsi müzakirə edilmişdir.

 

Qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüquqlarının dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb olunur. Sədarət Komitəsi Assambleyanın prosedur qaydalarına əsasən Qətnamə layihəsinin növbəti etapda müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün AŞPA Bürosuna göndərilməsi barədə qərar qəbul etmişdir. AŞPA Bürosunun iyun ayının 27-də keçiriləcək iclasında Qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul ediləcəkdir.     “KarabakhİNFO.com”  – See more at: http://karabakhinfo.com/xeber/2897-millt-vkili-elxan-sleymanovun-mraciti-bard-apa-qrar-verib.html#sthash.PkHyNmam.dpuf

23.06.2014 10:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*