Azərbaycanca

Millət vəkili III Dünya Türk Forumuda Qarabağ münaqişəsi ilə bağlı məruzə ilə çıxış edib

31.05.2014 | 08:52

1401528792_dunya-turk-forumuTürk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Ədirnədə keçirilən, Türk dövlət və toplumlarından, Türk diaspor təşkilatlarından nümayəndələrin qatıldığı III Dünya Türk Forumuda iştirak edən millət vəkili Qənirə Paşayeva “Mədəniyyət diplomatiyası: yeni üsullar və vasitələr” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı Azərbaycan və Türkiyənin və ümumiyyətlə bütün Türk dövlət və toplumlarının, diaspor təşkilatlarımizin əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini qeyd edib. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə daha çox işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını da bu məsələlərdə daha da aktiv olmağa çağırıb. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva bu məsələdə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk kökənli insanlar birgə mübarizəsini daha da artırmalı, bu yalanların qarşısını almaq üçün Qarabağ, Xocalı həqiqətlərinin daha geniş yayılmasına birlikdə nail olmalıyıq deyib. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. “Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə hər bir türk insanının üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi,həqiqətlərimizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Millət vəkili Qənirə Paşayeva mədəniyyət diplomatiyasını biri-birimizi daha yaxından tanımaq və biri-birimizə daha çox sahib ola b ilməmiz üçün bütün Türk dövlətləri və doplumları olaraq ilk öncə öz aramızda daha da genişləndirilməliyik. Ortaq tariximizin yazılıb bütün Türk dövlət və toplumlarında gənclərə öyrədilməsinə, həqiqətlərimizin öz aramızda daha geniş yayılmasına böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva forumda dünyanın hər yerindən gələn türk ziyalılarına müraciət edərək “sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. O, diaspor təşkilatlarımızın də milli məsələlərdə ortaq fəaliyyəti daha da artırmalarının vacibliyinə toxunub və “bir türk toplumunun ağrı-acısı, problemi ilə bağlı tədbirlərlə, həqiqətlərimizin yayılması ilə bağlı toplantılarda, işlərdə hansı Türk dövləti və toplumunun mənsubu olmasından, harada doğulmasından asılı olmayaraq bütün türk kökənli diaspor təşkilatları dəstək verməlidir və həmin məsələnin arxasında nə qədər böyük bir gün olduğumuzu hamıya göstərməliyik. Ermənistanın, ermənilərin Azərbaycan torpaqlarını işğal etməklə, Xocalı Soyqırımızı törətməklə bərabər bu günə kimi Türkiyənin də ərazi bütövlüyünü tanımadığını, ərazi iddiası irəli sürdüyünü, Ağrı dağını Ararat adı ilə gerbinə qoyduğunu, qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə və türk millətinə qarşı böhtan və yalan kompaniyasını davam etdirdiyini deyən millət vəkili Qənirə Paşayeva harda doğulub, harda yaşamasından asılı olmayaraq heç bir türk insanı bu həqiqətləri unutmamalı, ermənilərin bu addımları ilə əslində bütün türk millətinə qarşı, hamımız əlehinə fəaliyyətini apardığını yaxşı bilməlidir və biz hamımız birlikdə buna qarşı mübarizə aparmalıyıq deyib. Qarabağ probleminin tarixi köklərini, yaranma səbəblərini hər bir türk insanı bilməlidir və görməlidir ki, bu problem əslində təkcə Azərbaycanın deyil bütün türk dünyasının problemidir və biz harda doğulub, harda yaşamasından asılı olmayaraq bütün türk kökənli qardaş və bacılarımızın bu məsələdə daha sıx şəkildə Azərbaycanın yanında olmasını gözləyirik.Millət vəkili mədəniyyət diplomasiyasında yeni imkan və üsullardan biri olaraq sosial medianın getdikcə artan gücündən də danışaraq virtual dünyanın imkanlarından həm mədəniyyətimiz, tariximiz, həm də həqiqətlərimizin təbliğində daha geniş istifadə etməliyik deyib və bütün türk gəncliyini sosial mediada, virtual aləmdə bu istiqamətdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından da istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb. Azərbaycanın, Prezident İlham Əliyevin rəhbərliyi altından dövlətimizin Qarabağ probleminin həlli istiqamətində gördüyü işlər, son vəziyyət barədə də məlumat verən millət vəkili Qənirə Paşayeva inşallah gələn Dünya Türk Forumunu birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz gözəl Dağlıq Qarabağmızda, Şuşamızda, bütün o gözəl torpaqlarımızda birlikdə qeyd edək deyib və hər bir türk insanını özünü Qarabağlı kimi hiss edərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 1 milyon azərbycanlı qaçqın və məcburi köçkün qardaş-bacılarımızın öz evlərinə dönə bilməsi istiqamətində fəallıqlarını daha da artırmağa çağırıb. Heç bir türk insanı unutmamalıdır ki, 20 ildən artıqdır ki, Ermənistanın öz evinə dönməsinə imkan vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlər onların qardaş-bacılarıdır və biz dünyanın, beynəlxalq təşkilatların insanımıza, onun pozulmaqda davam edən haqlarına biganə münasibətindən təssüflənməklə bərabər əl-ələ verərək bu vəziyyəti dəyişmək üçün birlikdə daha çox çalışmalıyıq və unutmamalıyıq ki, güc məhz birlikdədir və bu birliyin daha da güclənməsi bizim hamımız üçün çox önəmldir. Tədbirdə Türkiyədən və Türk dünyasının müxtəlif dövlət və toplumlarından, diaspor təşkilatlarından da nümayəndələr iştirak və çıxış ediblər və onlar da öz çıxışlarında Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətlərinin yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübazidə bütün Türk kökənli insanların ortaq fəaliyyətinin daha da güclənməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə səylərini daha da gücləndirəcəklərini deyiblər.

 

“KarabakhİNFO.com” 

31.05.2014 08:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*