Azərbaycanca

Millət vəkilindən əsirlərlə bağlı təklif

28.10.2014 | 14:19

ganira-pasayevaMillət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların saxlanılması şəraitini və onlarla bağlı saxta məhkəmənin qurulmasını kəskin tənqid edib, eyni zamanda buna ciddi reaksiya verməyən ATƏT-i, ATƏT-in Minsk qrupunu və Avropa Şurası başda olmaqla, bütün beynəlxalq təşkilatları ciddi tənqid edib. Millət vəkilinin sözlərinə görə, ATƏT, ATƏT Minsk Qrupu və Avropa Şurası Ermənistana girovların azad edilməsi və onlara qarşı işgəncələrin son qoyulması istiqamətində heç bir təzyiq göstərmir.

 

Bu məsələ ilə bağlı Avropa Şurası İnsan haqları üzrə komissarının da heç bir addım atmadığını deyərək tənqid edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib və azərbaycanlı girovların ailələrinə dəstək göstərilməsinin vacibliyini qeyd edib. Azərbaycanlı girovlar Şahbaz Quliyevin və Dilqəm Əsgərovun ailələrinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün gərəkən bütün dəstəyin göstərilməsini təklif edən millət vəkili Qənirə Paşayeva bu məsələnin ciddi şəkildə Avropa İnsan haqları məhkəməsinə aparmağı təklif edib. Girovlara ciddi işgəncələrin verildiyini və bu işgəncələrlə onları Azərbaycan əleyhinə çıxış etməyə vadar etmək istəyən erməni işğalçıları öz arzularına nail ola bilmirlər, amma girovlarımıza işgəncələr verməkdə davam edirlər,- deyən millət vəkili buna görə də mütləq ölkəmizin bununla bağlı Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyini təklif edib. O bildirib ki, girovlarımızı azad etmək üçün bütün beynəlxalq mexanizmləri işə salmaq və onların azad olunmasına nail olmaq lazımdır.

 

“KarabakhİNFO.com”

 

 

28.10.2014 14:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*