Azərbaycanca

Milli Dirçəliş günü

17.11.2012 | 11:58

1353139064_milli-dirclis-gunu-2Milli Dirçəliş günü

 “Qul ona görə quldur ki, o azadlığın nə olduğunu bilmir”

Hegel

Hərdən Azadlıq meydanından yolum düşəndə üzü dənizə baxan bu meydanın qarşısından heç vaxt adi hisslərlə keçə bilmirəm. Şahidiolmasam da,  televiziya ekranlarında dəfələrlə baxdığım və tarix kitablarında oxuduğum “Meydan hərəkatı”nı təsəvvürümə gətirmək istəyirəm. Bir anlığa insanların “Azadlıq” hayqırışları qulağıma gəlir. Sanki hansısa azğın Sovet əsgəri tərəfindən vəhşicəsinə döyülən soydaşlarımızdan kimsə kömək üçün əllərimdən tutur və məndən kömək istəyir. Bu zaman gözlərimi bir zaman  qəfəsə salınan,  meydanda qürurla dalğalanan şanlı bayrağımızdan çəkə bilmirəm. Mənə elə gəlir ki, şanlı bayrağımız Şəhidlər Xiyabanında uyuyan, qanına boyandığış əhidlərə laylay deyir.Şəhidliyin küləyi üzümə vurur, behiştin qoxusu burnuma gəlir və mən hər bir  Azərbaycan gəncikimi bu cür qəhrəman oğulları olan bir xalqa mənsub olmağımla qürur duyuram!

Rusiyada Çar imperiyasının 1917-ci ildə devrilməsi və Rusiyanın I Dünya müharibəsindən rüsvayçı məğlubiyyətlə çıxması, o cümlədən, müharibənin nəticələrindən mütəffiq olduğu “Antanta dövlətləri” kimi yararlana bilməməsi həm Rusiyanın daxilində, həm də imperiyanın ucqar əyalətlərində bu hakimiyyətə qarşı kütləvi iğtişaşlara və milli azadlıq hərəkatlarının başlanmasınasəbəboldu. Bütün bu proseslərin nəticəsində Azərbaycan xalqı da öz müstəqilliyini elan etdi  və Azərbaycan Xalq Cümhuriyyətinin simasında xalqımızın çoxəsrlik dövlətçilik ənənələri bərpa olundu.LakinAzərbaycanıtarixboyu “yağlıtikə” hesabedən imperialist rus siyasətçiləri bu dəfə də gözlərini dövlətimizin ərazisinə və onun saysız-hesabsız sərvətlərinə dikmişdilər.  O zaman özülləri o qədər də möhkəm olmayan və hər an dağılmaq təhlükəsi ilə yaşayan SSRİ-nin yaşaması üçün bu sərvətlər həyati önəm daşıyırdı. Bu dəfə də rusların işğalçı planları “müvəffəqiyyətlə” nəticələndi və yenicə qurulan gənc dövlətimiz öz beşiyindəcə qan içində boğuldu və Azərbaycan SSRi-nin tərkibinə qatıldı.  SSRİ-nin qurulması ilədünya dövlətləri  SSRİ-nin və ABŞ-ın simasında iki qütbə-sosialist və kapitalist qütblərə bölündü. Bundan sonra bu iki siyasi qütb arasında diplomatic mübarizə başladı .Bu II Dünya müharibəsindən sonra daha da kəskinləşdi və “soyuq müharibə” adı ilə tarixə düşdü.Bu mübarizə hər iki qütbün çox sürətli silahlanması istiqamətinə yönəlirdi. XX əsrin 80-ci illərinin axırında kütləvi şəkildə silahlanma siyasəti və SSRİ-də hakimiyyətə gələn Qorbaçovun “yenidənqurma” siyasəti bu nəhəng imperiyanı dizüstə çökdürdü.  İmperiyanı ayaqüstə saxlamaq, onun süqutunuaz da olsa ləngitmək məqsədilə Qədim Roma İmperiyasının “parçala və hökm sür” taktikasından istifadə edən rəsmi Moskva imperiya ərazisində yaşayan xalqlar arasında nifaq toxumu səpir, bunun nəticəsində yeni ərazi münaqişələri milli-etnik zəmində münaqişələr meydana gəlir və alovlanırdı. Bu taktika Azərbaycanda da tətbiq olundu və Azərbaycanın tarixən ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı rəsmi Moskvanın himayəsi ilə Ermənistan SSRİ Ali Sovetidekabrın 1-də “Ermənistan SSRİ  Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul olundu, 200 mindən çox soydaşımız Qərbi Azərbaycandan, dədə-baba torpaqlarından deportasiya edildi. Ermənistan SSR-nin rəhbərliyi,  himayəsi ilə sərhəd rayonlarında törədilən kütləvi qətllər və buna imperiya rəhbərlərinin bilərəkdən göz yumması xalqımızın qəlbində hər zaman yaşayan “AZADLIQ” arzusunun alovlanması üçün qığılcım rolunu oynadı.  Azərbaycanda ilk mitinqlər fevral ayında keçirildi. Qarabağda nadir Topxana meşəsinin qırılması və burada sənaye obyektinin tikilməsi isə buranın bizdən qoparılması üçün atılan yeni bir addım idi.1988-ci il noyabrın 15-16-da o zamankı Hökumət evinin qarşısında etiraz mitinqləri keçirildi. Noyabrın 17-də burada keçirilən mitinq hərəkatın zirvə nöqtəsi idi. Bu  hərəkatı yatırtmaq üçün SSRİ qoşunhissələriburayayeridildi. Lakin bu da xalqımızın iradəsini qıra bilmədi və üçrəngli bayrağımız illər sonra yenidən burada dalğalandırıldı. Bu hərəkat 70 il Sovet idelogiyası altında əzilən, milli-mənəvidəyərləriaşınanvə tarixi tamamilə saxtalaşdırılan məzlum bir xalqın milli özünüdərkinin, öz tarixi kimliyinə qayıdışının başlanğıcı, rüşeymi oldu.

Sonralar 17 noyabr tariximizə Milli Dirçəliş günü kimi daxil oldu. Həmin gün mitinq də iştirak edənlərin sayı yarım milyonu keçmişdi.Xalqımızın azadlıq hərəkatını yatırtmaq üçün 1990-cı ilin 20 yanvarında Bakıya  SSRİ qoşun hissələrindən ibarət cəza dəstələri yeridildi və əhali qırğına məruz qaldı. Azadlıq hərəkatının məntiqi nəticəsi kimi 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına görə ölkə “Azərbaycan Respublikası” adlandırıldı və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Bundan sonra 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi və 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” nı qəbul etməsi bu mübarizənin yekunu oldu.  İmperiyadaxilində olan münaqişə ocaqlarını yenidən qızışdırmaqla hakimiyyəti əldə saxlayacaqlarına inanan imperiya rəhbərləri bununla öz sonlarını gətirdilər. Çünki bu münaqişələrin əksəriyyəti sonradan milli azadlıq hərəkatı xarakterini almış və imperiya rəhbərlərinin özlərinə qarşı kəskin silaha çevrilmişdi.

Əsrlərd ən bəri həsrətini çəkdiyimiz, xəyalı ilə yaşadığımız yüzlərlə şəhid qanları hesabına qurulan müstəqil Azərbaycan dövləti UcaTanrının xalqımıza bəxş etdiyi ən gözəl və müqəddəs nemətdir. Bu   müqəddəs nemətin qədrini bilmək və onu mühafizə etmək hər birimizin müqəddəs borcudur.Çünki bu hər xalqa qismət olmur. İnsan hüquq azadlıqlarının ən çox müzakirə olunduğu XXI əsrdə bu nemətin arzusunda olan neçə-neçə məzlum xalq var və biz buna nail olmuşuq.

 

Söhrabİsmayıl

 

 

17.11.2012 11:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*