Azərbaycanca

Milli Qəhrəman Əsəd Əsədov barədə xatirələr – HƏYAT YOLDAŞI DANIŞIR

29.10.2014 | 14:28

10485950_1498216657130773_5984232358217781587_oBu gün ağrı-acı ilə Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 21-ci ilini qeyd edirik. Zəngilan həsrətini zəngilanlıların xatirələri ilə təsəlli etməyə çalışırıq. Zəngilan rayonundan olan Azərbaycanın Milli Qəhrəmanı Əsədov Əsəd Soltan oğlunun xanımı Sevil xanım Əsədova xatirələrini “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşdü. Redaksiyamızın qonağı olan Sevil xanım əvvəlcə Əsəd müəllimin həyatı barədə qısa məlumat verdi:

 

 

22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində anadan olub. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağrılıb. Hərbi xidmətini başa vurduqdan sənra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olub. Amerikada ingilis dilli kurslarda iştirak edib. Təhsilini başa vurduqdan sonra Yevlax aeroportunda işləməyə başlayıb. 16 il həmin aeroportda işləyib.

 

 

10749123_1539557996288640_2121945589_nSevil xanım həyat yoldaşının insani keyfiyyətləri barədə danışarkən onun xasiyyətinin sözlə ifadə edilə bilməyəcək qədər gözəl olduğunu dilə gətirdi: “Dörd övladından heç biri ona bənzəmir. O, tamam başqa insan idi. Ailəsinə bağlı, Vətənini sevən insan idi. Vətənpərvər insan idi. Övladlarına da Vətəni sevməyi öyrədirdi. Müharibənin çətin vaxtları idi. Mən həmişə onu itirməkdən qorxurdum, deyirdim ki, sənə bir şey olsa mən nə edərəm. O isə deyirdi ki, narahat olma, mənə heç nə olmaz”.

 

 

Sevil Əsədova həyat yoldaşının ölüm xəbərini televiziyadan eşitdiyini bildirdi: “1991-ci ildə oktyabrın 29-da Əsəd Əsədovun təyyarəsinin vurulmasını televiziyadan xəbər tutduq. 8 nəfərlik təyyarə heyəti ilə birlikdə həlak oldu. Təyyarə havaya qalxdıqdan 15 saniyə sonra vurulub. Cəsədləri yanıb kömürə dönmüşdü. Cəsədlər tanınmaz halda idi”.

 

 

10423804_1498216700464102_5332116247746641751_nQəhrəmanımızın ölümü sanki bir göz qırpımında baş verib: “29 oktyabr 1991-ci ildə AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdıran AZAL-ın əməkdaşları missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu”.

 

 

Sevil xanım Əsəd müəllimlə tanışlığından və ailə qurmasından danışdı: “Mənim atam Zəngilanda savxozda briqadir işləyirdi. Həmin vaxt da Əsəd savxoza işləmək üçün gəlmişdi. Orada məni görmüşdü. Atam məni Əsədə vermək istəmirdi. Narazılıqlara baxmayaraq 1977-ci il oktyabrın 29-da ailə qurduq. 4 övladımız var. Övladlarımdan heç biri atasının yolunu davam etdirmir. Müharibə olarsa övladlarımın dördü də Vətən uğrunda döyüşməyə hazırdır”.

 

 

10728954_1539557939621979_1773827707_n“Prezidentimizə və onun xanımına minnətdarlığımı bildirirəm. Bizi həmişə diqqətdə saxlayır. Dövlət qayğısından tam razıyam” deyə Sevil xanım bizimlə söhbət əsnasında dövlət qayğısından kənarda qalmadığını da diqqətə çatdırdı.

 

 

Sevil xanım söhbətin sonunda qeyd etdi ki, nəvələrindən biri Əsəd müəllimin adını daşıyır və gələcəkdə babası kimi təyyarəçi olmaq istəyir. Balaca Əsədin ən böyük arzularından biri də düşməni məhv etməkdir.

 

 

Sevda Qurbanqızı
“KarabakhİNFO.com”

 

 

29.10.2014 14:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*