Azərbaycanca

Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsinə…

31.10.2014 | 15:27

1383207695_zagruzhenoHəyatda hər kəsin bir həyat yolu var. Həkimin, müəllimin, jurnalistin həyat yolu olduğu kimi, qəhrəmanların da özünəməxsus həyat yolu vardır.
Həm də şərəfli bir həyat yolu…
Qəhrəmanların keçdiyi həyat yolundan onların göstərdiyi qəhrəmanlıqlardan çox danışmaq olar. Sizlərə bütün həyatını Vətən yolunda mübarizəyə həsr etmiş, qeyrətli Vətən oğlu, XX əsrin Koroğlusu, Koroğlu Rəhimovdan söz açacağam…

 

 

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Oğuz rayonunun Xaçmaz kəndində, müəllim ailəsində dünyaya gəlmişdir. 1972-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini ADR-də başa vurmuşdur.
Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlamışdır. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi və namusu, qeyrəti Vətən yolunda onu canından keçməyə vadar etdi. Növbəti illərdə baş vermiş hadisələr – 1988-ci il azərbaycanlıların Ermənistandan deportasiya olunması, 1990-cı il “20 Yanvar” hadisələri, 1992-ci il 26 fevral tarixlərində baş vermiş “ Xocalı soyqırımı ” Koroğlunun düşməndən qisas almaq , torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırırdı.
O könüllü cəbhəyə getməyi qərara aldı. Qərarını atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir –dua verir. Vətənimizi, ana bacılarımızı ermənilərdən qorumağı ona tövsiyə edir. Və nəhayət 1992-ci ilin mart ayının 17-də ordu sıralarına yazılır və aprel ayının 30-da “ N”saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillər əzbəri olur.

 

 

Öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzluq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsl qəhrəmanlıq göstərmişdir. Həmin döyüş zamanı ço10755036_662805097166310_771050145_nxlu düşmən məhv edildi, bir neçəsi əsir götürüldü, xeyli döyüş sursatı ələ keçirildi. Daha çox Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad etdi. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. 1992-ci ilin iyul ayının 3-də Koroğlunun komandiri olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu döyüş qəhrəmanı bu şərəfli ada yüksəldən şəhid adını qazandırır.Ağdərə döyüşlərində də Koroğlu qəhrəmanlıqlar göstərir. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Onun məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
Ölümündən sonra Koroğlunun “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan ordusu” və digər qəzetlərdə qəhrəmanlığı haqqında geniş məqalələr yazılmışdır.
Böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman Vətən övladlarını qiymətləndirib. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

Milli Qəhrəmanları Ta10584118_662805253832961_1703313059_nnıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı Koroğlu Rəhimov cəbhəyə yollanarkən övladlarının körpə olduğunu xatırladıb: ”Buna baxmayaraq, Koroğlu Rəhimov Vətənimizi qorumaq üçün döyüşə atılıb. O, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, döyüşlərdə göstərdiyi şücaət onu qısa müddətdə əfsanələşdirib. Gənclərimiz Koroğlu Rəhimov kimi qəhrəmanlarımızın həyatını, döyüş yolunu öyrənməli, örnək götürməlidirlər”.

 

 

Koroğlu Rəhimovun qəhrəmanlığına yazıçılarımız, elm xadimləri də biganə yanaşmırlar, Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “ XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” kitabları nəşr olunmuş, 2-ci sinif Oxu kitablarında məlumat verilmişdir. Oqtay Rza Koroğluya həsr etdiyi şeirinin bir bəndində belə yazır:

 
Qəbri önündəyəm görəsən onun,
Gəzib damarında hansı duyğular,
Sübut eyləyib ki, qoç Koroğlunun,
Vətəndə evi də, məzarı da var.

 

 

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal olunan “Qarabağ qəhrəmanları” silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.
Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.
Bakıda küçələrin biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılmışdır. Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən nəsillərə keçəcəkdir.

 

 

 

Minayə Nəsibova
“KarabakhİNFO.com”

 

 

31.10.2014 15:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*