Azərbaycanca

Minaatan və iriçaplı pulemyotlardan mövqelərimiz atəşə məruz qalıb

22.04.2015 | 10:42

trend_karabax_soldier_albom_hd_200814_6

Erməni silahlı bölmələri müxtəlif istiqamətlərdən atəşkəsi yenə də pozublar.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Kəngərli, Cəvahirli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Trend.az

22.04.2015 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*