Azərbaycanca

Minlərlə Yezidi kürd Ermənistandan köç edir

12.01.2015 | 13:29

sd

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı 1in.am saytına istinadən bildirir ki, son zamanlar baş verən bahalaşma və transferlərin azalması

Ermənistanda yaşayan yezidləri mühacirət etməyə sövq edir. Bu barədə Ermənistan yezidlərinin şura sədri Əziz Tamoyan bildirib.

 

O, ümid etdiyini bildirərək qeyd edib ki, xaricdə işləyən yezidlərin Ermənistana ailələrinə yolladıqları transferlərin həcminin azalması davamlı olmayacaq. Əks halda, “bura bahalaşma da əlavə olunsa və bu hal üzün müddətli olsa, bu zaman yezidlər, ermənilər kimi mühacirət edəcək”,  – deyə o qeyd edib.
Onun sözlərinə görə, dolların məzənnəsinin artması daha çox şəxsi biznesi olan kəslərə təsir edib, lakin yezidlər arasında belələri azdır. “Biz də, ermənilər kimi bahalaşmanı öz üzərimizdə hiss etdik”, – deyərək Tamoyan əlavə edib.

 
O, mühacirət problemlərinə toxunaraq, Ermənistan yezidləri şurasının sədri deyib: “Əlbəttə, mühacirət yezidlərə də təsir edib, bir çox yezid kəndləri boşalır. Kəndlərimizdə iş yoxdur, məşğul olmağa iş tapmırıq, insanlar neyləsin? Heyvandarlıq çox ağır işdir, yağış və dolu yağarkən heyvanları dağa çıxarmaq qəliz işdir. Bundan başqa içməli və suvarma su təhcizatında problemlərimiz var. Misal ücün, Şirak mərzinin kəndlərinin birində yezidlər üç aylıq dağlara, yaylağa qalxmış, qayıdarkən kəndin başçısı onları 2,5 mln. dram məbləğində cərimə edərək məhkəməyə vermişdir. Əgər yezidlər dağlara qalxa bilməsələr, onlar mal-qaranı necə otaracaq? Biz neyləyək? Bunu ona görə edirlər ki, biz mal-qaranı satıb, Ermənistanı tərk edək”.

 
Bizim “Ermənistanı nə qədər yezid tərk edib və hazırda onların sayı nə qədərdir?” sualına həmsöhbətimiz cavab verərək dedi: “Onların real sayını deyə bilmərəm. Bizim statistika xidmətimiz təhrif edilmiş rəqəmləri təqdim edir. Məsələn, Ermənistanda kürdlər yoxdur, tək bir ailə var, amma yazırlar ki, burada 2100 kürd yaşayır. Bu qəbuledilməzdir, cinayətdir. Biz şikayət etmişdik, lakin heç bir dəyişiklik olmadı.

 
Yezidlərə gəldikdə isə təxmini hesablamalara görə, Ermənistanda hazırda 50 minə yaxın yezidi kürdü yaşayır. Onlar da mövcud problemlər səbəbindən bu ölkəni tərk etməkdədirlər.

 
Qeyd edək ki, 2011-ci ildə keçirilən əhalinin siyahıya alınmasında bu rəqəm 35,308 nəfər olub. İndi kimə inanaq:  Ermənistan yezidlərinin şura sədri Əziz Tamoyana, yoxsa, rəqəmlərlə fokus edən Ermənistan Statistika Komitəsinin məlumatlarına? İstənilən halda, ortada bir reallıq var:  son dövrlərdə Ermənistan mətbuatında bahalaşmadan və işsizlikdən şikayət edən insanlar bu ölkəni tərk etməkdədirlər.  Ermənistan boşalır, statistika isə rəqəmləri dəyirman daşları kimi oynatmaqdadır. . .

 

“KarabakhİNFO.com”                  

12.01.2015 13:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*