Azərbaycanca

Minsk qrupu-puç olan ümidlər

24.06.2013 | 11:30

1375347226_atet1992-ci il yanvarın 30-da Azərbaycanın indiki ATƏT-ə üzv olduğu günün sevinci çoxlarının xatirindədir. Hər kəs sevinirdi ki, müstəqil  Azərbaycan ilk Avropa təşkilatına daxil olub. Ən əsası isə çoxları o ümiddə idi ki, ATƏT Ermənistan-Azərbaycan arasında olan  Dağlıq Qarabağ münaqişəsini az bir müddətə həll edəcək.

Çünki, 1992-ci ilin fevral ayından başlayaraq bu münaqişə ATƏT-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏT-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Elə həmin il martın 24-də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədi ilə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin rəhbərliyi ilə ATƏT-in Minsk qrupu yaradıldı. Nizamlanma prosesində ATƏT-in sədrini Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi təmsil edir. Onun idarəsi həmçinin atəşkəs rejimi haqqında razılaşmaya riayət olunmasına nəzarət edir. ATƏT-in Minsk qrupunun 21 illik fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hələ də irəliləyişin olmaması, bu quruma olan bütün ümidləri puç edib.Həmsədirlərin görünən fəaliyyəti isə yalnız regiona faydasız səfərlər etmələridir.Əgər belədirsə, Minsk qrupunun fəaliyyətinə nə ehtiyac var?

 

Minsk qrupu-puç olan ümidlərMillət vəkili Fazil Mustafa isə bizimlə söhbətində dedi ki, bu məsələdə əsasən  niyyətlərə baxılmalıdır: “Xarici ölkələrin Azərbaycanla bağlı niyyətləri yaxşı olmadığına görə, bu məsələdə hər hansı şəkildə irəliləyiş əldə edilmədi. ATƏT-in Minsk qrupu başqa formada da mövcud ola bilərdi. Onda yenə də eyni nəticə olacaqdır. Bu baxımdan bu qrupun fəaliyyətinə baxmadan özümüz torpaqlarımızın işğaldan azad etməyin yollarını düşünməliyik. Əgər bunu edə bilsək hər hansı müsbət nəticələr əldə edə bilərik. Çünki, heç bir ölkə Azərbaycanın marağını təmsil etmək üçün fədakarlıq etməyi düşünmür. Azərbaycanlılar əgər bir fədakarlıq göstəmirlərsə, bunun  günahı xarici dövlətlərdə yox, məhz özümüzdədir”.

 

Millət vəkili dedi ki, bu gün ABŞ, Rusiya  və Fransanın birmənalı mövqeyi Ermənistanın maraqlarını təmsil etməkdir: “Azərbaycanı da güzəştə məcbur etməkdir. Ona görə də həmsədirlərdən bizim faydamıza olan yenilik heç vaxt gözlənilməyəcək. Bu məsələ ilə bağlı vəziyyəti regionda özümüz dəyişməyi bacarmalıyıq. Əgər bunu edə bilsək hər hansı bir uğurdan danışmaq olar. Çünki bütün hallarda uduzan tərəf bizik. Biz də uduzan mövqedən çıxmaq üçün addımlar atmağı bacarmalıyıq”.

 

Minsk qrupu-puç olan ümidlərDövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov e-jurnalımıza bildirdi ki, beynəlxalq münaqişələrin həlli üçün olan mexanizmlərdən biri də həmsədirlik institutudur: “ATƏT-in Minsk qrupunun yaradılmasından artıq 21 il keçib. 1997-ci ildən üç həmsədr institututu formalaşıb. Faktiki olaraq Minsk qrupu münaqişənin həllində bir addım da irəliləyişə nail olmayıb.Onlar danışanda çox öyünürlər ki, Minsk qrupu olmasaydı müharəbə başlayardı. Əslində isə onlar atəşkəsi qoruyub saxlamaqla məşğuldular. Münaqişənin həllində isə heç bir fəaliyyət yoxdur. 2007-ci ildə Madrid prinsiplərini irəli sürüblər. Faktiki olaraq danışıqlar yenilənmiş Madrid prinsipləri üzrə aparılır ki, bunu da işğalçı ölkə olan Ermənistan qəbul etmir. Ona görə də heç bir nəticə yoxdur. Ermənistan hər dəfə müxtəlif bəhanələr gətirərək, çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın”.

 

E.Nəsirov dedi ki, ayrı-ayrı vaxtlarda Minsk qrupunun formatının dəyişməsi ilə bağlı fikirlər olub: “Bəzən,ümumiyyətlə, ondan imtina ideyası irəli gəlib. Bəzən bütövlükdə Avropa İttfaqının həmsədir olması fikri olub.Amma bununla bağlı baxışların dəyişməsinə başlanmayıb.”

Onun fikrincə, burda iki yol var ; ya müharibə, ya da sülh: “Azərbycan dövlətininsə mövqeyi ondan ibarətdir ki, ələlxüsus sülh danışıqlarına üstünlük verir. İstənilən halda siyasi qərar qəbul olsa ki, danışıqların faydası  yoxdur, bu halda ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina oluna bilər. Bundan sonra müharibə də başlana bilər və buna beynəlxalq hüquq da imkan verir”.

 

Politoloqun fikrincə , Minsk qrupunda Rusiyanın iştirakı münaqişənin tənzimlənməsi prosesində müəyyən suallar doğurur: “Məsələnin qəlizliyi ondadır ki, Rusiya böyük dövlətdir və Rusiya üçün Ermənistan for-postdur. Ermənistan Rusiyanın bir quberniyasıdır. Rusiyanın Ermənistanda 2044-cü ilə qədər imzalanmış razılaşma formasında hərbi bazası var. Ermənistanla Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsində hərbi müttəfiqdirlər. Birmənalı şəkildə ayrı-ayrı vaxtlarda Ermənistanı Rusiya silahlandırır. Bunlar hamısı faktlardır. Bu baxımdan Rusiyanın həmsədirlərdən biri olması obyektiv olmaya bilər. Amma məsələ ondadır ki, digər həmsədirlər Rusiya ilə Qarabağ probleminin həllində baş-başa gəlmək istəmirlər. Bu gün ABŞ Rusiya ilə Suriya, İran, NATO-nun Avropada Raket Əleyhinə Müdafiə sistemini yerləşdirmək və s. məsələlərlə bağlı çox fikir ayrılıqları mövcuddur. Qarabağ münaqişəsi ilə bağlı hesab edirlər ki, status-kvo dəyişməlidir. Amma onun dəyişməsi üçün addım atılmır. Yəni bizdən asılı olmayan reallıqlar var. Təəssüf ki, bu gün Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ABŞ-ın xarici siyasətinin ön sırasında deyil”.

 

Minsk qrupu-puç olan ümidlərŞərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu da o fikirdədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Minsk qrupu heç bir uğur əldə edə bilməyib: “Amma nəzərə alsaq ki, Minsk qrupunun özünün formatı belə, münaqişənin həllində bu və ya digər pozitiv addımların atılmasına imkan vermir, əlbəttə ki, ondan çox şey gözləməyə dəyməzdi də.Yəni ki, həmsədirlər formatına biz baxsaq onda görürük ki, iki Qərb ölkəsi var; biri ABŞ, digəri isə Fransa. İkinci tərəf isə Rusiyadır.Şübhəsiz ki, Qafqaz bölgəsində bütün bu təmsilçilərin öz geosiyasi maraqları var. Bu maraqlar da əksər hallarda bir-birinə ziddiyyət təşkil edir. Bu səbədən də orda hansısa vahid mövqeni gözləmək mənasızdır.Amma onu da qeyd etmək lazımdır ki, atəşkəsin pozulmamısı baxımından Minsk qrupu və onun həmsədirləri müəyyən rol oynadılar. Amma təbii ki, gözləntilər daha çox idi və bundan artığı da alınmadı”.

 

Ə.Oruclunun fikrincə, hələlik Rusiya güclüdür və bu faktla təkcə Azərbaycan yox, Qərb də hesablaşır: “Bu məsələdə maraqlar uzlaşa bilər. Bu halda münaqişənin həllində irəliləyiş ola bilər.Başqa halları mən praktik baxımdan istisna edirəm. Yəni nəzəri cəhətdən müəyyən mülahizələr yürütmək olar. Amma praktik baxımından bu gün də nəzərə alsaq ki, Rusiya rəqabət aparan tərəfdir. Son illər müəyyən əməkdaşlıq çərçivələri də nəzərə çarpır. Yalnız müştərək maraqların ortaya çıxması nəyisə dəyişə bilər”.

 

Fuad Hüseynzadə

KrabakhİNFO.com

24.06.2013 11:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*