Azərbaycanca

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış ediblər

12.11.2015 | 16:25

trend_osce_flags_240511

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Vyanada ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış ediblər.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl həmsədrlər Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək. İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Trend.az

12.11.2015 16:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*