Azərbaycanca

Ermənilər Misir fironunu erməniləşdirdi – VİDEO

11.11.2014 | 10:59

2238Dünyanın bütün qədim mədəniyyətlərini öz adlarına çıxmağa çalışan erməni tarixçilər indi də Cənubi Amerikanın mayya mədəniyyətinə göz dikiblər.

 

ANS PRESS-in məlumatına görə, ermənilər bu zaman bitərəf ekspert adı verdikləri diletant tarixçilərdən istifadə edirlər.

 

 

Belə diletantlardan biri rusiyalı Natalya Soboldur. Uzun müddət Moskvada nəşriyyatda korrektor işləmiş bu qadın xeyli yaşa dolduqdan sonra Rostova gəlib və Cənub Federal Universitetinin tarix fakültəsini bitirib, yəni bakalavrlıq müdafiə edib. Daha sonra erməni tarixindən fantastik məqalələr yazmağa başlayıb. Bu, həvəskar tarixçi-fantastın İrəvan Dövlət Universiteti tərəfindən dəstəklənən və Azərbaycan əleyhinə yönəlmiş “Antitopor” internet layihəsində verilişə qonaq kimi dəvət olunmasına imkan verib.

 

 

Verilişdə Natalya Sobol sensasion açıqlamalar verib. Sən demə, Cənubi Amerikanın Mayya hindularına rəhbərlik edən tayfa mənşəcə erməni imiş. Xanım “tarixçi”nin sonrakı iddiaları daha dəhşətlidir. Sən demə arxeoloqlar Misir fironu Ramzesin də mumiyasını açan kimi onun erməni olduğunu anlayıblar. Sobol iddiasına əsas kimi Ramzesin kəllə sümüyünün braxikefal olmasını götürür. Bu iddiasında bir qədər də irəli gedən “tarixçi” korrektor Misirin qədim firon ailəsi giksosların erməni olmasını iddia edir və onları “hayksos”lar kimi təqdim edir. Düzdür, mimikasından görünür ki, məsələnin bu tərəfi verilişin aparıcısı Vadim Arutyunovun elə də xoşuna gəlmir, amma o sadəcə susmağa üstünlük verir. Çünki R1b geni daşıyan giksosların köçəri olduğu və Mərkəzi Asiyadan gəldiyi elmdə əksəriyyət alimlər tərəfindən qəbul edilir. Yəni özünü ən qədim yerli əhalinin törəməsi olduğunu iddia edən bir xalq, təbii, mənşəcə Monqolustan köçərisi olmağı qəbul etməz.

 

 

Braxikefallığa gəldikdə isə Yer kürəsində çox irqlərin – baltların, alpinoidlərin, monqoloidlərin kəllə sümüyü braxikefaldır. Yəni braxikefallığı yalnız ermənilərə aid etmək sadəcə absurddur.

 

 

Nataliya Sobolun ən qəribə iddiası isə İsraillə bağlı olub. Onun sözlərinə görə, yəhudilərdən qabaq İsraildə ermənilər yaşayıb. Bu da ermənilərlə yəhudilərin arasında qədimdən düşmənçiliyə səbəb olub. O hətta uydurma erməni soyqırımının da guya yəhudilər tərəfindən sifariş edildiyini iddia edib: “Türklər və kürdlər sadəcə icraçı olublar. Əsas sifarişi isə Britaniyanın yəhudi baş naziri verib”.

 

 

Natalya Sobolun tarix elmindən xəbərsiz olması göz qabağındadır. Amma onun günümüzdə çox populyar olan Y xromosomlar, genetik araşdırmalarından da xəbərsiz olduğu ortaya çıxır. Son genetik araşdırmalara görə, ermənilər 13 müxtəlif xalqın genini daşıyır və bu xalqlardan bəziləri hətta Ön Asiyaya 600 il qabaq gəlib. Həm də erməni genlərinin 60 faizə qədəri Çin və Mərkəzi Asiyadan gəlib. Yəni ermənilərin yerli qədim xalq olması barədə deyilənlər uydurmadan başqa bir şey deyil.

 

 

 

“KarabakhİNFO.com”

 

 

11.11.2014 10:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*