Azərbaycanca

Missuri ştatında Xocalı soyqırmı ilə bağlı anım tədbiri keçirilib

28.02.2017 | 10:51

xocali_anim_280217_04

Missuri ştatının Seynt Luis şəhərində yerləşən ABŞ-ın tanınmış təhsil ocaqlarından biri olan Vaşinqton Universitetində təhsil alan soydaşlarımızın təşkilatçılığı ilə Xocalı soyqrımının 25 illiyi ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Amerika, Çin, Rusiya, İran və Misirdən olan universitet heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə həmin universitetdə təhsil alan Xocalı sakini Nərmin İbrahimova çıxış edərək əvvəlcə Azərbaycan haqqında, ölkənin coğrafi mövqeyi və siyasəti ilə bağlı ümumi məlumat verib. Sonra o, soyqırma məruz qalmış Xocalı əhalisinin həmin gecə yaşadıqları barədə danışıb, şəhəri tərk etməyə çalışan əhalinin meşə və yollarda kütləvi qırğına məruz qaldığını, girov götürülənlərə ağır işgəncələr verildiyini qeyd edib. Doğma yurdu işğal edildikdən sonra yaşadığı məcburi köçkün düşərgəsindəki çətinliklərə baxmayaraq, N.İbrahimova təhsil alaraq öz icmasını layiqincə təmsil etməyə və onların haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışacağını bildirib.

Tədbir iştirakçıları faciə ilə bağlı dərin təssüf hissi keçirdiklərini bildirib və Nərmin İbrahimovaya və onun timsalında bütün xocalılara tezliklə öz torpaqlarına qayıtmağı arzulayıblar.

Trend.az

28.02.2017 10:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*