Azərbaycanca

Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparılacaq

01.09.2016 | 16:04

trend_moscow_220709

Sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, görüşdə əsas diqqətin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişinə ayrılması gözlənilir.

 

Trend.az

01.09.2016 16:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*