Azərbaycanca

Müasir milli- etnik münaqişələrin sosial- fəlsəfi təhlili haqqında bəzi mülahizələr

16.10.2014 | 17:04

etnik milliMüasir dövrdə münaqişələrin rolu dəyişməzdir. Müqavimət hərəkatı , partizan və dini müharibələr, milli-etnik qarşı durmalar və başqa tip qeyri-dövlət beynalxalq münaqişələr bəşəriyyətə qədim dövrlərdən məlumdur.

 

 

Milli – etnik ziddiyyətlərin xüsusiyyətləri, Dağlıq Qarabağ probleminin ideoloji – geopolitik aspektlərini, etnososial və etnosiyasi münaqişələrin obyekti kimi bu problemin beynəlmiləlləşməsi və digər məsələləri ön plana çəksək , bunları sosial-siyasi-fəlsəfi prizmadan özünəməxsus şəkildə təhlil etmək zəruridir. Milli – etnik ziddiyyətlərin üç mərhələsini göstərməklə, bu mərhələlərin hər birinə uyğun gələn hadisə və proseslərin fəlsəfi təhlili olduqca vacibdir.

 

 

Doğrudan da müasir dövrün sosial – siyasi problemlərindən olan müharibə və demokratiyanın nisbəti məsələsi olduqca aktual səslənir. Əslində demokratiya milli maraqlar naminə müharibəni inkar etmir, əksinə milli maraq tələb edəndə daha sərt mövqe tutmalı olur qənaəti inandırıcıdır.

 

 

Biz tarixi təcrübəyə söykənərək müharibələrin insan xarakterinə xas sosial hadisə olması fikrini təsdiqləməli və onu sosial problemlərin təbiətindən asılı olaraq etnoslararası münaqişələr müstəvisinə keçirilməsini zəruri hesab etməliyik. Millətlərarası münaqişələrə politoloji və sosioloji yanaşmanın daha məqsədəuyğun olması fikri etiraz doğurmamalıdır. Ancaq milli-etnik münaqişələr daha çox bu və ya digər sivilizasiyalararası münaqişələrlə əlaqələndirilir ki bu da doğru deyildir. Bunun müxtəlif regionlarda özünəməxsus şəkildə təzahür edən dünya inkişafının ümumi tendensiyası ilə bağlılığı tarixdən çoxsaylı nümunələr göstərməklə, Bosniya və Qafqaz hadisələri arasında paralellər aparmaqla sübut oluna bilər.

 

 

Qeyd etmək lazımdır ki, keçmiş Sovet İttifaqında yaranmış “qaynaq nöqtələrin” baş vermə şəraiti və səbəblərini fəlsəfi, sosioloji və politoloji prizmadan, elmi əsaslandırmalarla geniş izahını verməklə, etnomilli münaqişələrin həqiqi kriteriyalarını Amerikan tədqiqatçıları C.Xorovitsin, K.Mittelin, rus alimləri İ.A.Vasilenkonun, M.M.Lebedovun tədqiqatlarının köməyi ilə müəyyənləşdirmək olar.

 

 

Müasir geopolitik maraqların milli mənafelərlə uyğunlaşdırılması və nəticə olaraq milli- etnik münaqişələrin yaranması və inkişafı ilə nəticələndiyini qeyd etmək yerinə düşər. Rusiyanın geopolitik maraqları ilə diametral ziddiyyətlərdən doğmuş bir sıra digər münaqişələrin Dağlıq Qarabağ problemi ilə paralel təhlili maraqlıdır. Beynəlxalq sənədlər və digər tədqiqatlar etnik icmaların milli və dini əlamətlərə görə başqa dövlətlərin ərazisində ərazi iddiaları ilə çıxış etməyə haqqı yoxdur fikrini təsdiqləmək imkanı verir.

 

 

Bildiyimiz kimi, regional münaqişələrin təbiəti mürəkkəb xarakter daşıyır. Burda iqtisadi, sosial, etnik, tarixi ziddiyyətlər, obyektiv və subyektiv amillər, millətlərarası mübarizə, ayrı-ayrı adamların hakimiyyət uğrunda mübarizəsi əsas məsələ kimi götürülür. Mərkəzi hakimiyyətin belə məsələlərin həllinə münasibətdə aydın mövqe tutaraq, siyasi kurs seçməsi əksər hallarda belə münaqişələrin taleyində həlledici həlqəyə çevrilir. Yəni bu kurs problemin beynəlxalq səviyyəyə qalxmasından qabaq ya onun söndürülməsinə və ya əksinə, daha da qızışdırılmasına və inkişafına yeni impulslar verir. Əksər dövlətlərin siyasətində milli-etnosların maraqlarının reallaşmasının ön plana çəkildiyi qeyd olunmalıdır. Etnos, millət, milli dövlət anlayışlarının təhlili, qarşılıqlı əlaqəsi, milli-əhval ruhiyyənin yüksəlməsinin, etnik ekstremizmin təzahürlərinin yaranmasının dünyada gedən qloballaşma prosesinə etiraz kimi qəbul edilə biləcəyi düzgündür.

 

 

Etno-siyasi münaqişələrin situasiya mənbələrini saymaqla izah edilməsi mühüm elmi maraq kəsb edir. Eyni zamanda keçmiş SSRİ ərazisində baş vermiş bütün etnosiyasi münaqişələrin əsas tiplərinin müəyyənləşdirilməsi olduqca böyük maraq doğurur.

 

 

Dağlıq Qarabağ probleminin regional bir problem kimi yaranmasından, lakin bir sıra obyektiv və subyektiv amillər nəticəsində ermənilərin bu problemi beynəlxalq səviyyəyə qaldıra bilməsinin səbəbləri araşdırılmalıdır. Bu problemin başlanmasında və inkişafında Rusiyanın rolu, geopolitik maraqları naminə atdığı ermənipərəst hərəkətlər təhlil edilir. Problemin həllində neft amilinin rolu izah edilməlidir.

 

 

Ümumiyyətlə, problemə münasibətdə ABŞ-ın ehtiyatlı mövqeyindən, BMT, ATƏT kimi beynəlxalq təşkilatların ikili standart mövqeyindən və Rusiyanın marağını gözləmələrindən ətraflı məlumat verilməlidir. Bu problemə İranın, Türkiyənin münasibətləri maraqlı şəkildə izah edilir. İranın maraqları, Türkiyənin əvvəldən axıra qədər böyük çətinliklərlə də olsa Azərbaycanı dəstəkləməsi tarixi faktlarla xronoloji qaydada sosial-fəlsəfi baxımdan təhlil edilməlidir.

 

 

Belə düşünürəm ki, Dağlıq Qarabağ ərazisinin Qafqaz Albaniyasının tərkibində olması, onun tarixi xronologiyası qədim tarixi qaynaqlara istinad edilməklə geniş şəkildə işıqlandırılmalıdır.

 

 

Azərbaycan ərazisində erməni talanları, Qafqazda Ermənistan dövlətinin əsasını qoymaq üçün yerli azərbaycanlı əhalinin kütləvi surətdə qırğınları, əvvəlcə çar, daha sonra Sovet Rusiyasına arxalanaraq öz planlarını həyata keçirməsi ətraflı şəkildə təhlil edilməlidir.

 

 

Ermənilərin azərbaycanlılara qarşı son soyqırım siyasətinin (1988-ci ildən bəri) acı nəticələri tədqiqatçıların fəlsəfi təhlilinin obyektinə çevrilməlidir.

 

 

Aynur Tağıyeva
AMEA-nın əməkdaşı
“KarabakhİNFO.com”

 

 

16.10.2014 17:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*