Azərbaycanca

Mübariz Əhmədoğlu: “Erməni soyqırımı” şousunun əsas məqsədi diqqəti Dağlıq Qarabağ tənzimləməsindən yayındırmaqdır”

29.04.2015 | 11:10

trend_mubariz_ahmadoglu_050613_2

“Ermənistanın prezidenti və Qarabağ klanının başçısı Serj Sərkisyanın böyüyüb-başa çatdığı mühitdə mənəvi dəyərlər maddi dəyərlərdən həmişə geridə qalıb. Azərbaycanlı ailəsinin qapısında nökərçilik edən Sərkisyanlar ailəsi üçün mənəvi dəyərlər əlçatmaz olub”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq deyib ki, o siyasi həyata başladıqdan sonra isə hər şeyi yalnız maddiyyatla ölçüb: “Qarabağ vuruşlarında kimin üçünsə lokal döyüşlərin nəticəsi insan həyatı ilə ölçülürdüsə, S.Sərkisyan üçün pulla ölçülüb. Kim nə qədər verib, kimdən nə qədər zorla alınıb? Hansı silaha və kimə nə qədər ödənilib? Hansı generala, siyasətçiyə və qəzetə nə qədər verilib? Ona görə S.Sərkisyan yalan və ya düz olmasından asılı olmayaraq, ümumiyyətlə “erməni soyqırımı”nın mahiyyətini anlamır. Onun üçün “soyqırım” sadəcə Dağlıq Qarabağ məsələsində sövdələşmə predmetidir. “Erməni soyqırımı”nda guya qırılanlara da S.Sərkisyanın heç bir aidiyyəti yoxdur. Amma Qarabağda işğalçılığı qələbə adı ilə öz adına sənədləşdirə bilər. Soyqırım maddiyyatla əlaqəsi olmayan anlayışdır. Qarabağın işğalı isə torpaq, mal-mülk və.s deməkdir. İşğal altındakı ərazilərdəki qalmış azərbaycanlıların evlərinin qonşu ölkədə satılan darvazalarının puluna da S.Sərkisyan şərik idi”.

Onun sözlərinə görə, S.Sərkisyan “erməni soyqırımı” ilə bağlı xarici ölkələrdə aparılan təbliğatın Qarabağ mövzusuna şərait yaratdığını gördükcə, dərhal “erməni soyqırımı” ilə bağlı təbliğatı dayandırdı: “Avropa ictimaiyyəti ermənilərdən “soyqırım” mövzusunun yox, Dağlıq Qarabağ tənzimlənməsi mövzusunun müzakirəsini tələb etdilər. Qərbdə bəziləri “erməni soyqırımı”ının Osmanlıdakı ermənilərlə çar Rusiyasının əməkdaşlığının məhsulu olduğunu anlamağa başlayıblar”.

Politoloq hesab edir ki, “erməni soyqırımı” S.Sərkisyan üçün Dağlıq Qarabağ məsələsinin ildırım ötürənidir: “Xarici mətbu orqanlarına “soyqırım” ərəfəsində verdiyi müsahibədə yalanın səviyyəsini apogeyə qaldırması da bunun sübutlarından biridir. Ermənistan prezidenti, Qarabağ klanının başçısı S.Sərkisyan Azərbaycan Prezidentinin adından böyük yalan danışdı, ona böhtan atdı. Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın xarici siyasətinin əsas prioritet mövzularından biri Böyük Sülh Sazişinin hazırlığına başlanmasıdır. Serj Sərkisyanın istinad etdiyi Fransa görüşündən sonra yayılan bəyanatın əsas tezislərindən biri də Böyük Sülh Sazişinin hazırlanmasının başlanması idi. İşğal olunmuş ərazilərdəki iri hərbi təlimlərlə prezidentlərin Paris görüşünə münasibətini bildirdi. Az sonra itkin düşənlərin siyahısının dəqiqləşdirilməsindən imtina etdi. Yaxınlarda ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer də Böyük Sülh Sazişinin hazırlanmasının rəsmi başlanğıcını aktuallaşdırdı. O Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoquna çağırış etdi. D.Bayer itkin düşən şəxslərin siyahısının detallı şəkildə müəyyənləşməsi üçün addımlar atmağa çağırdı. Bütün bunlar hamısı Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Amma S.Sərkisyan bir dəfə də olsun bu üç məsələyə münasibət bildirməyib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan üç prinsipi Böyük Sülh Sazişi özündə əks etdirə biləcək. Böyük Sülh Sazişi nəinki üç prinsipi, hətta qat-qat çox məsələləri özündə əks etdirəcək”.

Onun sözlərinə görə, “millətlərin öz müqəddəratını təyinetmə prinsipi”nin Azərbaycan tərəfindən rədd olunmasına gəlincə bu, S.Sərkisyanın həyasızcasına söylədiyi yalandır. Amma bu, S.Sərkisyan üçün eyib deyil. Çünki o hiss S.Sərkisyanda yoxdur: “Əvvəla, “millətlərin öz müqəddəratını təyinetmə prinsipi” yoxdur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan prinsipin adı “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipidir”. Bu prinsiplə yanaşma Azərbaycanın Ermənistana dinc danışıqlarda etdiyi ən böyük güzəştdir. Çünki beynəlxalq aləmdə, etnologiyada politologiyada “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ erməni xalqı” adlı etnonim mövcud deyil. Mövcud olmayan xalqa necə müqəddəratını təyinetmə hüququ verilə bilər?! Azərbaycan dinc danışıqlara hörmət naminə buna göz yumdu. “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” 2 şərti hökmən nəzərə almağı diktə edir: Birincisi, bu prinsip beynəlxalq hüququn digər prinsiplərinin ziddinə yönəlməməlidir. “Ərazi bütövlüyü prinsipi” də beynəlxalq hüquq prinsipidir. Deməli, “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” “Ərazi bütövlüyü prinsipinin” əleyhinə getməməlidir. İkinci vacib şərt, “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinin” tətbiqi xalqlar arası münasibətlərin inkişafına şərait yaratmalıdır. Dağlıq Qarabağın iki lideri Robert Koçaryan və indiki prezident S.Sərkisyan isə azərbaycanlılarla erməniləri etniki baxımdan uyuşmaz hesab edirlər. R.Koçaryan və S.Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsindəki rolu və davranışı “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” ilə daban-dabana ziddir. Ermənistan prezidenti və Qarabağ klanının başçısı S.Sərkisyan savadsızlığı beynəlxalq hüququn az qala normasına çevirib. Savadı olsaydı, “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi”ni oxuyub mahiyyətini baş düşərdi. İndi də görünür, həyasızlığı alınmaz qala hesab edir. Amma Azərbaycan ordusu beynəlxalq hüquq normalarının nəinki S.Sərkisyana, hətta onun ətrafındakı digər özü kimi nadan və həyasızlara başa salmaq gücündədir”.

Trend.az

29.04.2015 11:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*