Azərbaycanca

Mübariz Əhmədoğlu: RF Dağlıq Qarabağ münaqişəsi regionunda Azərbaycanın hərbi əməliyyatlarında maraqlı görünə bilər

21.10.2015 | 12:39

trend_mubariz_ahmadoglu_main_1

Rusiyanın son gərginliklərdəki rolu aktiv müzakirə olunur. Ermənilərin nöqteyi-nəzərincə, Rusiya tamamilə azərbaycanpərəst, antierməni siyasət aparır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bu mövzuda Ermənistan, Rusiya və xarici ekspertlərin şərhlərinin kaleydoskopu yaranıb:

ı. “Azərbaycan Rusiya ordusu vasitəsilə Qarabağ məsələsini öz xeyrinə həll etmək istəyir. Hadisələrin məntiqi bu istiqamətdə gedir”.

ıı. “Ermənistan bəzi torpaqları Azərbaycana qaytarmağa razılaşıb”.

ııı. “Rusiya Azərbaycanda yoxdur. Rusiyanın iştirakı yalnız Ermənistandadır. Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycanda da yerləşmək istəyir”.

ıv. “Rusiya Suriyaya yol açmaq üçün Qarabağ problemini həll etməlidir”.

v. “Rusiya və Azərbaycan “bal ayı” dövrünü yaşayır. Görünür, onlar daha uzunmüddətli əməkdaşlıq yoluna çıxıblar”.

vı. “Moskva və Bakı müharibə məsələsində razılığa gəliblər.

vıı. “Moskva Qarabağı Azərbaycana verib, əvəzində onu Aİ-ə üzv etmək istəyir”.

vııı. “Putin Sərkisyan görüşü Azərbaycanın Ermənistanın dinc əhalisini atəşə tutduğu vaxtda keçirildi. Heç bir reaksiya verilmədi”.

ıx. “Azərbaycan Ermənistanın strateji müttəfiqi, Rusiyadan aldığı silahla sərhədyanı kəndlərə xeyli ziyan vurdu”.

x. “Rusiya Azərbaycana kart-blanş verib. Ona görə Ermənistanın 20 kəndi atəş altındadır. Rusiya bununla Qərbə mesaj vermək istəyir”.

xı. “Ermənistana qarşı Rusiya-Azərbaycan təcavüzü başlanıb”.

xıı. “Konfliktogenliyin müəyyən səviyyəsi var. Bu səviyyə keçdikdən sonra Moskva qarışmaya bilməz. Amma hələ bu hədd keçilməyib”.

xııı. “Rusiyanın Qarabağla əlaqəli gizli planı var. Bu planı V.Putin Avropa oyunları zamanı Bakıda olarkən İ.Əliyevlə razılaşdırıb. S.Lavrov Bakıya gələrək bu planın detallarını müzakirə etdi”.

xıv. “Son günlər qoşunların təmas xəttində artan gərginlik geniş miqyaslı müharibəyə aparan qarşıdurmanın başlanğıcına çevrilə bilər. Rusiya üçün Azərbaycan Ermənistana nisbətən daha vacib tərəfdaşdır”.

xv. “Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xəttində gərginlik ancaq Rusiyaya sərfəlidir. Rusiya bununla Ermənistanı şantaj edir və Azərbaycana silah satır”.

xvı. “Ermənistan-Rusiya arasındakı müdafiə haqqında müqavilə artıq fəaliyyət göstərmir”.

M.Əhmədoğlu qeyd edib ki, bir il bundan öncə Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı RF prezidenti V.Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olması barədə təkliflər irəli sürdü: “Azərbaycan Prezidenti bu təklifləri qəbul etdi. Ermənistan prezidenti isə rədd etdi. RF-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi variantı 3 mərhələdən ibarətdir:

ı. Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi 7 rayonu azad edir.

ıı. Azərbaycan Rusiya ilə Ermənistan arasında kommunikasiyaların, o cümlədən dəmir yolunun işə başlamasına şərait yaradır.

ııı. Dağlıq Qarabağın statusu sonralar müəyyən olunur.

RF-nin tənzimləmə metodologiyası da ATƏT MQ-dən fərqlənir. RF ATƏT MQ-dən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla tənzimləmək istəyir. Bu metod dinc tənzimləmə metodundan fərqlidir: Tənzimləməyə razılıq verən tərəf müxtəlif vastələrlə həvəsləndirilir. Tənzimləməyə maneçilik edən tərəfə isə müxtəlif syasi diplomatik təzyiqlər edilir”.

Mərkləz rəhbəri sonra vurğulayıb ki, Rusiyanın və KTMT-nin son hərbi insidentlər zamanı Ermənistana siyasi dəstəyini dayandırmasının səbəbi də bundadır: “MDB-nin Qazaxıstan sammiti zamanı MDB ölkələrinin xarici sərhədlərində sərhədyanı təhlükəsizliyin möhkəmləndirilməsi barədə proqram təsdiqləndi. Azərbaycan Respublikasının İran İslam Respublikası ilə olan dövlət sərhəddi MDB-nin xarici sərhədidir və bu sərhəddin təxminən yarısı Ermənistan tərəfdən işğal edilib. MDB sammitində qəbul edilən həmin proqramın tələbinə görə, MDB dövlətləri Azərbaycana işğal altında olan sərhəddini qaytarmağa kömək etməlidirlər. Ermənistan bu sənədi imzalayıb. Bu RF-nin siyasi-diplomatik metodunun işə başlamasının göstəricisi kimi qəbul edilə bilər”.

Politoloq deyib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə imkan verməməsi RF-nin Cənubi Qafqazdakı maraqlarına təhlükə yaradır: “Moskva-Tehran dəmir yolu Suriya hadisələri fonunda RF üçün həyati əhəmiyyətlidir. Buna görə RF Azərbaycanın hərbi əməliyyatlarında maraqlı görünə bilər.
Rusiyanın indiki taktikası bəllidir: Rusiya Ermənistanı özünə xahış etməyə, yalvarmağa məcbur edir”.

Trend.az

21.10.2015 12:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*