Azərbaycanca

Müdafiə naziri cəbhə bölgəsinə səfər edib

09.07.2014 | 21:55

1404971269_nazir-cenhe“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.
Sonra Müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib.
Nazir eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
“KarabakhİNFO.com”

 

 

09.07.2014 21:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*