Azərbaycanca

Müdafiə naziri döyüş təlimlərini izləyib – FOTOLAR

01.10.2014 | 15:27

hhq1Oktyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.

 
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəli manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.

 
Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək veriblər.

 
Təlimlərin gedişindən razı qalan müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib. “Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm da Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi bu ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik” – deyə Müdafiə naziri xüsusi qeyd edib.

 
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

 

 

hhq8 hhq7 hhq6 hhq5 hhq4 hhq2 hhq3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

01.10.2014 15:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*