Azərbaycanca

Müdafiə naziri Litva səfiri ilə Dağlıq Qarabağı müzakirə edib

20.09.2014 | 12:55

litva1Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.

 
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

 
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

20.09.2014 12:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*