Azərbaycanca

Müdafiə Naziri :”Ordumuz İrəvanı yerlə yeksan edə bilər”

08.08.2014 | 08:32

19072697aa7913b81e9787cde70d21d9“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.

 


Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

 


Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır. 

 


Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır.

 

“KarabakhİNFO.com”

08.08.2014 08:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*