Azərbaycanca

Müdafiə naziri təlim bölgəsində müşavirə keçirib

16.09.2014 | 15:57

1Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

 
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.2

 
Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlimlər mərhələli surətdə sentyabrın 20-dək davam edəcəkdir.

 

“KarabakhİNFO.com”

 

 

16.09.2014 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*