Azərbaycanca

Müdafiə Nazirliyi: Ermənilər sərhədlərinin mühafizəsinə mülki şəxsləri cəlb ediblər

16.10.2015 | 16:43

Ïîäïèñàíèå ïëàíà ñîòðóäíè÷åñòâà ìåæäó ìèíèñòåðñòâàìè îáîðîíû Àçåðáàéäæàíà è Áåëàðóñè ïîäïèñàëè ïëàí ñîòðóäíè÷åñòâà, Áàêó, Àçåðáàéäæàí, 18 äåêàáðÿ. 2007 ã.

“Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklər”in mühafizəyə cəlb olunması bizim üçün yeni xəbər deyil”. Bu barədə Trend-ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhədində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb:

“Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir.

Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir”.

Qeyd edək ki, Ermənistan mediası cəbhə xəttində “drujinniklər”in mühafizəyə cəlb olunması ilə bağlı məlumat yaymışdı.

Trend.az

 

16.10.2015 16:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*