Azərbaycanca

Müdafiə Nazirliyi: Ermənistan hərbçilərinin atəşkəsi pozması nəticəsində mülkü şəxs ölüb

27.09.2015 | 11:24

Ïîäïèñàíèå ïëàíà ñîòðóäíè÷åñòâà ìåæäó ìèíèñòåðñòâàìè îáîðîíû Àçåðáàéäæàíà è Áåëàðóñè ïîäïèñàëè ïëàí ñîòðóäíè÷åñòâà, Áàêó, Àçåðáàéäæàí, 18 äåêàáðÿ. 2007 ã.

Sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Belə bir vəziyyətdə beynəlxalq qurumların da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və mülki vətəndaşlarımızın öldürülməsinə biganə yanaşmaları yolverilməzdir, qəbuledilməzdir.

“Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, məlumatda qeyd olunur.

Trend.az

27.09.2015 11:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*