Azərbaycanca

Müdafiə Nazirliyi: “Hər bir şəhidimizin qisası düşməndən birə on qat alınır”

03.10.2014 | 17:37

mudafie nazirliyiErmənistan Respublikasının kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.

 
Cari ilin iyul-avqust aylarında erməni kəşfiyyat-təxribat qruplarının mövqelərimizə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi Ordumuzun onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər.

 
Ermənistan Respublikasında hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar İrəvanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaq vərdişindən əl çəkmir.

 
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimiz erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda həmişə döyüşə hazır olan əsgər və zabitlərimiz Müdafiə nazirinin əmrinə əsasən şəhid olan və yaralanan hər bir hərbçimizin qisasını düşməndən birə on qat artıqlaması ilə alırlar və bundan sonra da alacaqlar.

 

“KarabakhİNFO.com”

 

 

03.10.2014 17:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*