Azərbaycanca

Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib – FOTOLAR

27.11.2014 | 11:59

kollegiya12Noyabrın 26-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib.


Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.

 
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

 
Müdafiə naziri “Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri” mövzusunda geniş nitq ilə çıxış edib.

 
Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

 
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul edilib.

 
Müdafiə nazirinin əmrinə əsasən 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 
Elə həmin gün toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub və praktiki tapşırıqları icra ediblər.

kollegiya11 kollegiya10 kollegiya9 kollegiya5 kollegiya6 kollegiya7 kollegiya8 kollegiya4 kollegiya3 kollegiya2 kollegiya1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

27.11.2014 11:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*