Azərbaycanca

“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin mətbuat konfrans keçirildi

22.09.2017 | 13:07

thumbnail_image3

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin başlaması ilə əlaqədar olaraq 22 Sentyabr 2017-ci il tarixdə saat 11:00-da New Baku Hoteldə mətbuat konfransı keçirdi.

Tədbirdə ilk öncə layihə rəhbəri Şahin Camalov çıxış edərək layihənin məqsədi, həmçinin “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun indiyə qədər bu sahədə gördüyü işlər haqda məlumat verdi. Şahin Camalov qeyd etdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən 1 may 2017-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilmiş şəxslərin sayı 3868 nəfər təşkil etmişdir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437 nəfər isə bu günə kimi girovluqdan azad edilmişdir.

Təşkilatın 6 illik fəaliyyəti dövründə vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə hər zaman həm hüquqi həm psixoloji dəstək verildiyi vurğulanaraq bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi”-nin yaradıldığı qeyd olundu. İlk dəfə olaraq layihə çərçivəsində xüsusi ilə yaşlı anaların psixoloq və hüquqşünaslarımızla daha yaxından əlaqə qurmaları üçün “ETİMAD XƏTTİ”-nin (088-408-30-27) yaradıldığı, itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqları mesajını verməkdə bu layihənin mühüm rol oynayacağı xüsusilə qeyd olundu. Çıxış edən digər natiqlər də layihənin əhəmiyyətindən danışaraq, bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi dəstək də yüksək qiymətləndirildi.

 

Mətbuat xidməti

22.09.2017

 

22.09.2017 13:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*