Azərbaycanca

Müstəqilliyimizin 23-cü ili qeyd olunur

18.10.2014 | 10:45

gerb_article18 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu gün dövlət müstəqilliyimizin 23-cü ilini qeyd edirik.

 
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

 
Referendum bülleteninə bir söz yazılmışdı: “Siz “Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı”na tərəfdarsınızmı?” Səsvermə hüququ olan vətəndaşların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə yenidən müstəqil dövlətçiliyimiz bərpa olundu. Konstitusiya Aktı müstəqil Azərbaycan dövlətini 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi.

 
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Onun müstəqilliyini dünya dövlətləri tərəfindən tanındı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

 
1992-ci il martın 2-də Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Həmin tarixdən keçən 23 il ərzində müstəqil Azərbaycanımız özünün beynəlxalq aləmdə nüfuzunu artırdı və sürətlə inkişaf edən ölkələr sırasına daxil oldu.

 

“KarabakhİNFO.com”

 

 

18.10.2014 10:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*