Azərbaycanca

Nə el elə sığdı, nə də ev evə…

26.09.2012 | 12:35

???????????????????????????????Nə el elə siğdı, nə də ev evə…

Məcburi köçkünlər 20 ildir yaşadıqları yataqxanalardan nəhayət köçürülür

Uzun illərdir Bakı Dövlət Universitetinin (BDU) tələbə şəhərciyi qaçqın şəhərciyinə çevrilib. Hətta yataqxanaların alaqapısına vurulmuş “Tələbə şəhərciyi” yazılmış lövhə də yerində yoxdur. Bu məkanda tələbə adından əsər-əlamət qalmayıb. BDU-nun rektoru Abel Məhərrəmov da dəfələrlə yataqxanasız universitetin təsəvvürdə canlandırılmasının çətinliyini etiraf edib. Yaxın bir ay ərzində buradakı məcburi köçkünlərin onlar üçün Bakıətrafı qəsəbələrdə salınmış şəhərciyə köçürüləcəyini eşidib üz tutduq məcburi köçkünlərin təıxminən 20 ildir ki yaşadıqları unvana – “Tələbə şəhərciyinə”.

Xatırladaq ki BDU-nun 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası var və burada əsasən Füzuli, Zəngilan, Ağdam və Xocalıdan, o cümlədən digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlər məskunlaşıb. Bu məlumatı isə bizə   BDU-nun tələbə şəhərciyinin direktoru Rza Cabbarov verdi: “Hazırda bu yataqxanaların 95 faizində qaçqın və məcburi köçkünlər məskunlaşıb, cəmi 5 faizində isə universitetin tələbə və əməkdaşları yaşayır. Konkret desək, burada 700-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.Yataqxanalar 1965-ci ilin binalarıdır hamısının istismar müddəti bitib. Bir neçə dəfə təmir olunsa da, istismar dövrü keçdiyindən təmir işlərinin effekti olmayıb.

???????????????????????????????R.Cabbarov burada məcburi köçkünlərin 90 faizinin  ağır şəraitdə yaşadıqlarını bildirdi: “Elə ailələr var ki 15 kvadratmetrlik otaqlarda da 5-6 nəfər məskunlaşıblar. Övladlarını evləndirib, məcburi şəkildə kirayəyə çıxanlar da var. Buna baxmayaraq yataqxanaların yerləşdiyi ünvan şəhərin mərkəzinə yaxın olduğundan, bir çox ailələr şəhərdən kənara köçməyə razı deyillər”.

Direktor onu da dedi ki, yataqxanalarda Ağdam rayonundan olan qaçqınlar daha çoxdur: “Bizim yataqxanada Ağdamdan 234 ailə, Cəbrayıldan 117 ailə, Füzulidən 202, Zəngilandan 96 ailə, Qubadlıdan 14 ailə, Şuşadan 10, Laçından 12, Xocavənddən 2, Xocalıdan 29 ailə, o cümlədən də bir neçə ailə başqa rayonlardan yaşayır”.

???????????????????????????????Şəhərciyin direktoru ümumilikdə  yataqxanalarda məskunlaşmış 3 minə yaxın köçkün ailəsinin Abşeron rayonu ərazisində salınmış şəhərciyiə köçürüləcəyini dedi: “Çox güman ki, gələn ilin, yəni 2013-cü ilin yay aylarına qədər yataqxanaların köçürülməsi prosesini başa çatdırmaq mümkün olacaq. Yeni binalar həm Müşfiq qəsəbəsində, həm də Masazırda inşa edilir. İndi kompakt şəkildə kim hara yerləşdiriləcək, onu hələlik bilmirik. Axırıncı dəfə bu insanları 2009-cu ildə siyahıya alıblar. Əgər köçürülmə dəqiqləşsə, onda gərək bu dəfə yeni siyahı tərtib olunsun və ailələrin sayı da müəyyən edilsin”.

Köçkünlərin isə bəziləri bizimlə söhbətində tələbə yataqxanalarından yeni binalara köçürülməsi xəbərinə sevindiklərini söyləsələr də, bəziləri mərkəzdən kənarda yerləşdiyini əsas gətirərək yeni şəhərciyə getməyin çətin olduğunu dedilər. Ağdam rayonundan məcburi köçkün düşən Səfurə Əliyeva yeni mənzilə köçürülmələri ilə bağlı narahatlıq keçirənlərdəndir. O, deyir ki burada yaşayanların çoxu şəhərin mərkəzində özləri üçün iş tapdığından köçürülmələri onlar üçün əlverişlı deyil. Qeyd edək ki yataqxanada yaşayanların əksəriyyəti Masazır qəsəbəsinə getmək istəyirlər: “Burada dözülməz bir vəziyyət höküm sürür. Neçə illərdir ki, kiçik bir otaqda, şəraitsiz bir vəziyyətdə yaşamağa məhkum olmuşuq. Tezliklə köçürülməyimizi istəyirik. Bizi Masazır qəsəbəsinə köçürsələr çox yaxşı olar”.

Köç üstündə olan yataqxana sakinlərinə növbəti dayanacaqlarınln elə öz  dədə-baba torpaqlarının olmasını diləyib məsəsləyə Qaçqın və Məcburi  Köçmkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətini rəhbəri Sənan Hüseynovun münasibətini öyrəndik. Qurum rəsmisi BDU-nun yataqxanasında yaşayan 200-dən artıq məcburi köçkün ailəsinin bu yaxınlarda köçürüləcəyini bildirdi və hazırda Müşviq qəsəbəsində 22 ədəd 5 mərtəbəli bina tikildiyini söylədi. S.Hüseynov yeni salınan qəsəbədə məktəb, bağça, ATS tikildiyini dedi. O, mənzillərin sakinlərə təmirli vəziyyətdə veriləcəyini bildirdi.

 

Naibə Qurbanova

 

26.09.2012 12:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*