Azərbaycanca

“N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib

27.11.2017 | 14:47

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.

AZƏRTAC

27.11.2017 14:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*