Azərbaycanca

Naməlum əsgərlər muzeyi

18.12.2013 | 10:57

1387349077_li-byOnu tanımayan yoxdur. Bir çoxunun məhz General Əli bəy kimi tanıdığı Əlövsət Qasımov erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən   etmişdir. Onlardan  950  şəhid   məhz  Əlövsət Qasımovun təşkilatçılığı  ilə ailələrinə göndərilmişdir. Eləcə də o, erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilmiş, min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər  birinin foto-şəklini çəkərək,  erməni  vandalizmini  ifşa  edən   çox  qiymətli tarixi  foto-səlnamə  yaratmışdır.  

 

General Əli bəy kimdir?  

 

Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşmüşdur. Tərtər rayon Bəyimsarov kədində kənd mədəniyyət evinin direktoru işləyib.   Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edərək, misli görünməmiş  qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma İctimai Birliyi”nin sədridir.       Bu gün, yolumuzu General Əli bəyin yenicə yaratdığı Nəsimi rayon “20 yanvar” küçəsi 2, mənzil 51 də yaratdığı muzeyə saldıq.  Həmin şəkillərin yer aldığı muzeydə yenə də ziyarətçilər gəlib-getməkdə idi. Əli bəylə söhbətimiz zamanı bizə bildirdi ki, bir çox qurumlara müraciət etməsinə baxmayaraq, yalnız iki nazir Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və bir də Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov ona bu yöndə diqqət və qayğılarını əsirgəməyiblər.   Əli bəy bizi bu dəfə çəkdiyi şəkillərlə tanış edərək, onların kimliyi barədə məlumat verdi. Amma eyni zamanda şəkillərdən bu günə kimi naməlum qalan şəhid şəkilləri də var.        

 

1387349450_1992-ci-ild-ldrlm-v-csd-ermnilr-mina-qurusu-birldirmidilr.-csd-gtrlrkn-partlamd.-xanlar-rayon-sakinidir1992-ci ildə öldürülmüş və cəsədə ermənilər mina qurğusu birləşdirmişdilər. Cəsəd götürülərkən partlamışdı. Xanlar rayon sakinidir.    

            

 

1387349881_1993-c-ilin-soyuq-fevral-ay-idi.-biz-gln-dhtli-xbr-mni-brk-sarstd.-ermnilr-sir-gtrdy-sgrimizi-aaca-balayaraq-znn-drisini-soymular.-mni-tkilatm-v-itirakmla-hmin-csdi-vliyydin-v-slam-ad 1387349803_1994-c-ild-sir-gtrln-mlki-xs-vvl-ignclr-mruz-qalm-sonra-is-onun-krk-nahiyysin-6-sng-baq-batrlmdr.-brd-rayon-sakinidir 1387349720_1993-c-ild-yarl-sgrimiz-ermnilrl-dyr.-sir-dn-sgrimizi-patronu-qurtardqdan-sonra-ermnilr-ona-32-gll-vurmular.-bundan-lav-onun-cinsi-orqann-ksib-zlri-il-aparmlar.-beylqan-rayon-sakinidir 1387349589_1993-c-il.-ban-v-cinsiyyt-orqann-kt-altl-ksiblr.-goranboy-rayon-sakinidir 1387349450_1992-ci-ild-ldrlm-v-csd-ermnilr-mina-qurusu-birldirmidilr.-csd-gtrlrkn-partlamd.-xanlar-rayon-sakinidir 1387349335_1992-ci-ild-ermni-sirliyind-olan-azrbaycanl-hamil-qadn-ignclr-dz-bilmdiyi-n-zn-qsd-edrk-boynunun-damarn-ksir.-ermni-dys-qzblnrk-rk-ba-il-qadnn-qarnn-yarr.-azrbaycanl-sirlr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1993-cü il. Başını və cinsiyyət orqanını küt alətlə kəsiblər. Goranboy rayon sakinidir.                

 

  1992-ci ildə erməni əsirliyində olan azərbaycanlı hamilə qadın işgəncələrə dözə bilmədiyi üçün özünə qəsd edərək boynunun damarını kəsir. Erməni döyüşçüsü qəzəblənərək, çörək bıçağı ilə qadının qarnını yarır. Azərbaycanlı əsirlərə deyir ki, biz sizin kökünüzü ana bətnində bax, belə kəsəcəyik. Bu hadisəni əsirlikdən geri qaytarılan əsgərimiz söylədi. Səhər saat 5-radələrində əsgərlərlə birlikdə cəsədi ərazimizə gətirə bildik.   Bu cəsədin gətirliməsində mənə Ulu Öndər Heydər Əliyevin bağışladığı gecə-görənin köməyi oldu.      

 

 

  1993-cü ildə yarlı əsəgərimiz ermənilərlə döyüşür. Əsir düşən əsgərimizi patronu qurtardıqdan sonra, ermənilər ona 32 güllə vurmuşlar. Bundan əlavə onun cinsi orqanını kəsib özləri ilə aparmışlar. Beyləqan rayon sakinidir.      

 

  1994-cü ildə əsir götürülən mülki şəxs əvvəl işgəncələrə məruz qalmış sonra isə, onun kürək nahiyyəsinə 6 süngü bıçaq batırılmışdır. Bərdə rayon sakinidir.            

 

1993-cü ilin soyuq fevral ayı idi. Bizə gələn dəhşətli xəbər məni bərk sarsıtdı. Ermənilər əsir götürdüyü əsgərimizi ağaca bağlayaraq, üzünün dərisini soymuşlar. Məni təşkilatçığım və iştirakımla həmin cəsədi Vəliyəddin və İslam adlı əsgərlərimizlə birlikdə gətirib, Tərtər rayon qəbiristanlığında naməlum şəhid kimi dəfn etdik. Sol əlinin üstündə C+T döymə nişanı var.   Bu General Əli bəyin bizlərə tanıtdığı şəhidlərin az bir hissəsi idi. Saymaqla bitməyən şəhid şəkillərini özünüz muzeydə olmaqla daha da yaxından tanış olma imkanı tapa biləcəksiniz.   Üzümüzə gələn il artıq iki mərtəbəli bir muzey tikmək fikrində olduğunu deyən Əli bəy, orada daha geniş bir foto salnamə yaratmaq istədiyini dedi.   Xatırladaq ki, Əli bəyin qəhrəmanlığı barədə artıq ötən saylarımızda da bir dəfə  məlumat vermişdik. Bu bizim onunla ikinci görüşümüz idi. Sonda bizim elektron jurnalın kollektivinə də öz dərin  təşəkkürünü bildirərək, Qarabağ uğurunda apardığımız mübarizəmizi yüksək qiymətləndirdi.      

 

 

Vasif Əlihüseyn  

“KarabakhİNFO.com”   

18.12.2013 10:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*