Azərbaycanca

Natali Qule: Beynəlxalq hüquqda ikili standartlar tətbiq edilir

18.05.2015 | 15:22

trend_natali_gule_main

Beynəlxalq hüquq səviyyəsində ikili standartlar mövcuddur. Trend-in məlumatına görə, bunu Fransa Senatının Beynəlxalq işlər komissiyasının üzvü Natali Qule Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.

Onun sözlərinə əsasən, yarımçıq immunitetdən daim istifadə edərək sərhədlərindən kənar əraziləri işğal edən ölkələr mövcuddur.

N.Qule qeyd edib ki, müasir dünyada artan terror təhlükəsi şəraitində belə yanaşma yolverilməzdir və dünya ictimaiyyəti beynəlxalq hüquq normalarının tətbiqinə münasibətinə yenidən baxmalıdır.

Senator xatırladıb ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır.

O, tədbir iştirakçılarını Forumun yekununda qəbul edilən bəyannaməni açıq imzalamağa çağırıb.

Trend.az

18.05.2015 15:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*