NATO Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahl; Qüvvələrinin hərbi helikpterini vurması barədə məlumatlardan narahatdır. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay öz “Facebook” səhifəsində yazıb.
C.Appaturay bildirib: “İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq tərəflər təmkin nümayiş etdirməli və münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar”.
Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.
“KarabakhİNFO.com”