Azərbaycanca

NATO rəsmisi Dağlıq Qarabağ məsələsindən danışdı

24.09.2014 | 15:50

nato-logo“NATO ATƏT-in Minsk qrupu formatını və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllini dəstəkləyir”. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, bu sözləri NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri Uilyam Lahyu deyib.
Lahyu bu fikri NATO-nun Uels sammitində Azərbaycanın ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı təklif edib-etməməsinə münasibətində ifadə edib: “Minsk qrupu yeganə formatdır və Qarabağ probleminin həlli üçün mövcuddur. Ona görə NATO Minsk qrupunun işini davam etdirməsini gözləyir”.
O, qeyd edib ki, NATO-nun münaqişənin həllində missiyasını xatırlamaq lazımdır: “NATO müdafiə təşkilatıdır. NATO problemlərin həlli prosesində iştirak edən beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.
Alyans rəsmisi bəyan edib ki, Azərbaycanın öz mövqeyi olsa da, bu gün Minsk qrupu formatına alternativ yoxdur.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

24.09.2014 15:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*