Azərbaycanca

“Naxçıvan blokadaya düşən zamandan etibarən yetim qalıb”

14.04.2014 | 11:20

1397468485_kenan-mm1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və erməni quldur dəstələri Naxçıvanın Sədərək rayonunun Kərki kəndini işğal etdilər. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Naxçıvanla əlaqə yaradan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan ölkənin digər ərazilərindən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı.   Bu hadisələrin canlı şahidi, əslən naxçıvanlı olan tanınmış rejissor, aktyor Kənan Mahmudov (MM) “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi:   –

 

         Kənan bəy, ermənilər tək Qarabağa deyil, eyni zamanda qədim Naxçıvan torpağına da göz dikiblər. O dövrü necə xatırlayırsınız?  

 

O anları çox gözəl xatırlayıram. Yaşadığımız evin üzərindən hər gün çoxlu sayda təyyarələr uçurdu. Gün ərzində bu qədər təyyarənin nə səbəbə görə Naxçıvan səması üzərində hərəkət etdiyini anlaya bilmirdim. Əli silah tutan hər kəs Ermənistanla sərhəd zonası olan Sədərək bölgəsinə yollanırdı. Elə insanlar var idi ki, silahı yox idi, amma yaba və ya taxta zopa ilə Sədərəyə yollanırdılar. Onların tək istəyi torpağı qorumaq idi. Mən də öz həmyaşıdlarımla birlikdə vətəni qorumaq üçün sərhəd bölgəsinə yollandım. Amma məktəbli olduğumuz üçün bizi geriyə qaytardılar. Sədərəkdə ermənilərlə döyüşən əsgərlərə çörək və və digər ərzaq məhsulları aparırdıq. Rusiya və Ermənistanın hərbi-iqtisadi blokadaya aldığı Naxçıvanı Azərbaycan Xalq Cəbhəsi iqtidarı da siyasi blokadaya almışdı. Belə ağır və iqtisadi çətinliklər şəraitində Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını erməni işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı.  

 

–        Güney Azərbaycanda yaşayan soydaşlarımızın bu məsələyə münasibəti necə idi?  

 

Yaxşı xatırlayıram, həmin ərəfədə qatar yolu ilə bir dəfə Bakıya gəldim. Gələrkən  gördüm ki, cənubi azərbaycanlılar mahnı oxuya-oxuya bizə əllə salam verir. Açığı öncə onların bu hərəkətini başa düşmədim. Sonra öyrəndim ki, cənubi azərbaycanlılar farslardan qorxduğu və başımıza gələn hadisələrdən üzüldükləri üçün kədərli mahnı zümzümə edərək, bizi salamlayırdılar.  

 

 

–         Naxçıvanın blokadaya salınması xəbəri sizə necə təsir etdi?  

 

Bu xəbərin yayılması naxçıvanlılar üçün olduqca ağır idi. Naxçıvanın digər bölgələrlə əlaqəsi kəsilən zaman biz özümüzü sanki yetim hiss edirdik. Səmimi sözümdür necə ki, uşaq atasız-anasız, bacı və qardaşsız qalanda özünü tənha hiss edirdisə, naxçıvanlılar da həmin ərəfədə özlərini elə sanırdılar.  Naxçıvanın yetim qalmasının əsas səbəbi Qarabağın ermənilər tərəfindən işğal olunması idi.   Təbii ki, belə olan halda Naxçıvana gediş-gəliş yalnız hava yolu ilə mümkün oldu. Quru yol kəsildi. İnşallah torpaqlarımız azad olunar və yenidən quru yol bərpa edilər.  

 

Günel Cəlil  

“KarabakhİNFO.com” 

14.04.2014 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*