Azərbaycanca

Nazir Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda Dağlıq Qarabağdan danışıb

03.07.2014 | 10:08

1404367585_nazir-cinXarici işlər nazir Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsindəiyulun 2-də Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda “Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri” mövzusunda təşkil edilmiş tədbirdə çıxış etmişdir.

Tədbirdə Çinin aparıcı elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak etmişlər.

 

Nazir Elmar Məmmədyarov çıxış edərək, ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar və icra edilən infrastruktur layihələri barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

 

Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan nazir Elmar Məmmədyarov coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətinin nəticələri barəsində danışaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal,  qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən  hələ də icra olunmadığını vurğulamışdır.

 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət və qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyinə dair tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

 

“KarabakhİNFO.com”

 

03.07.2014 10:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*