“Nemezis” kəlməsi yunancadır, İntiqam ilahəsi Nemezidanın adından götürülmuşdür. Daşnaksütyun Partiyasının qərar verdiyi və həyata keçirdiyi terror hərəkətidir. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası- “Daşnaksütyun” partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu terror hərəkatına başlamaq haqqında qərar verilmişdir. Bəhanə də o idi ki, guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslər olmuşdur, onlardan qisas alınmalı idi. Və 1915-də erməniləri soyqırıma məruz qoyanlar olmuşdur. Qətlə yetirilən şəxslərin arasında, həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatlara Şərqi Anadolu torpaqlarında suçsuz insanlara divan tutmuş terrorçu Armen Qaro (Garegin Basdırmaçıyan) rəhbərlik edəcəkdi. Qətl qərargahları kimi İstanbulda fəaliyyət göstərən “Çakatamart” ( Ön cəbhə) və Bostonda çıxan “Droşak”( Bayraq) qəzetlərinin redaksiyalarından istifadə olunub.”Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” elan edilirdi.
Hələ 1890-cı ildə Şərqi Anadoluda ermənilərin silahlı müqavimət təşkilatları təşkil edilmişdi. Adı da Fidayinler (Fədayi) idi. Partiya üzvlərini birləşdirən bu dəstələr “müstəqil Ermənistan”ı qurmağı əsas hədəf olaraq götürmüş və Osmanlı fəal siyasi xadimlərinə sui- qəsdlər düzənləməklə məşğul idilər. 30 İyul 1914-cü ildə keçirilən partiya konfransında qərara alınmışdı ki, terror əməliyyatları ilə hökümətə basqılar edilsin. Ermənilər 1915-ci ildə Istanbulda EİF-in “Qırmızı bazar” qrupunu qurmuşdular. Yeri gəlmişkən 1915-in 24 aprelində bu qrupun üzvlərinin hazırladığı terror planının hökümət tərəfindən qarşısı alınmışdı. İstanbul erməni icma liderləri bunda , daxili işlər naziri Talat paşanı künahkar bilmişdələr, həmin qrupun üzvləri 24 apreldə Ankara yaxınlığındakı cəzaçəkmə həbs düşərgəsinə köçürülmüşdü. Böyük Britaniyaya bağlı Maltaya çox sayda erməni fəalı sürgün edilmişdi.Mondros anlaşmasından sonar 1919-cu ildə, ermənilərin ölümündə suşlu hesab olunanların hərbi məhkəmədə məsələsinə baxıldı, bu suçdan asılanlar oldu, bunun siyasi səbəbləri vardı, qalib ölkələr istəyirdilər ki, Osmanlını olmayan suçlardan məhkum etsin və işğala haqq qazandırsın. Bunun üçün yalançı erməni qətlləri ortaya atmışdı. Nagaq yerə yargılananlar sonar bəraət aldılar, çünki iddialar əsassız idi. 1915-24 apreldə həbs olunan ermənilər həqiqətən separatçı fəaliyyət göstərmiş, qanunsus hərəkətlərə yol verdiklərinə görə də məhkum edilmişdilər. Amma ermənilər bununla kifayətlənmədilər. Yerevanda 1919-cu ildə erməni dövlətinin də fəal yardımı ilə İttihat və Tərəqqi Partiyası və Azərbaycan Demokratik Cümhuriyyəti rəhbərlərini fiziki cəhətdən məhv etmək qərarı verilərkən ermənilər bunun terror hərəkəti olduğunu yaxşı bilirdilər. Ermənistan İnqilabi Federasiyası IX Baş Assambleyasında 1919-cu ildə qəbul edilmiş qətnamədə 650 adları yer almışdı , onların 41-i “əsas cinayətkarlar” idi. Ona “Nemesis”adı verildi. Bu əməliyyatın Fəaliyyət rəhbərliyi Ermənistan ayağı (rəhbəri Armen Garo- Garegin Basdırmaçıyan idi) və Xüsusi Fondunun maddi dəstəyi isə Diaspora (Direktor Şahan Satchaklyan) tərəfindən aparılırdı. Qərardan bir il sonra qətllərə start verildi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev. 1920-ci ildə Tiflis şəhərində qətlə yetirilir. 19 iyun 1920-ci il. Yenə də Tiflis şəhəri. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir,keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkanyan törətmişdir, onunla birgə digər erməni Misak Girakosyan da olmuşdur. Aksiya nəticəsində Kirakosyan yaralanmışdır.
15 mart 1921-ci il. Berlin şəhəri. Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt paşa qətləyetirilir. Tələt paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt paşanın qatili Soqomon Teyleryan yaxalansa da,sonradan Berlin məhkəməsi tərəfindən bəraət almışdır.
5 dekabr 1921-ci il.
Roma şəhəri. Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında ErmənistanınRomadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər olur.
17 aprel 1922-ci il.Berlin şəhəri. Keçmiş Trabzon valisi Camal Əzmi və ” Təşkilati-Məxsus”nın yaradıcısı, tibb professoru Bahəddin Şakir ailəvi gəzinti zamanı qətlə yetirilir. Həmçinin Şakirin cangüdəni də öldürülür. Qətli Arşavir Şirakyan və Aram Yerakyan törədirlər.
19 iyul 1921-ci il. İstanbul şəhəri. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir şəhərin “Pera Palas” mehmanxanasının yaxınlığında qətlə yetirilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affekt” vəziyyətində olduğundantörətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana ekstradisiya edirlər. Qətlin digər iştirakçıları Edvard Fundukyan və Harutyun Harutyunyants idi.
4 avqust 1922-ci il. Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən və xalqımızı məhvolmaqdan xilas etmiş Ənvər paşa Əfqanıstan yaxınlığında bolşeviklərin tərkibində vuruşan “daşnakçı” Yakov Melkumov adlı erməni tərəfindən qətlə yetirilmişdir.
25 iyul 1922-ci il. Tiflis şəhəri. “Daşnaksütyun” erməni terror təşkilatının yaratdığı ixtisaslaşdırılmış “Qisas” birləşməsindən olan erməni terrorçular Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusununbaş komandanı Camal paşanı və köməkçisini qətlə yetirirlər. Qətli Petros Ter-Poğosyan və Artaşes Gevorkyan törədir. Qətlinhazırlanmasında həmçinin Zare Melik Şahnazaryan və Stepan Tsağikyan iştirak edirlər.
…Hasan Cemal kimin üçün nə ifadə etməsindən asılı olmayaraq mənim üçün yalnızca bir jurnalistdir, həmkarımdır. Türkiyədə tanınan birisidir, ünlü bir qəzeteçi olaraq yazıları da diqqətə alınır. Qardaş ölkənin jurnalist cameasında sayqı ve hörmətə layiq birisidirmi? Deyə bilmərəm. Amma Ermənistanda indi onu çox sevirlər. Sabah oraya getsə qabağında ən azından qoyun kəsərlər. Ermənilər onların sözünü deyənləri çox mükafatlar vermişlər. Bunlar bilinən gerçəklərdir. Ermənistan mətbuatında oxumuşdum ki, jurnalistlərdən biri Taner Akşam adında bir türk tarixçisinin barelyefinin EA-nın Tarix İnstitutunun qarşısına vurmağı təklif edib. Niyə də vurmasınlar. Bu adam bütün Ermənistan və onun diasporasından daha çox iş görür. Bütün türklər düşmən hesab olunan bu ölkədə Hasan bəyə də olan eyni sevginin səbəblərini buraxıram onun öz öhdəsinə…
Öncə bu Hasan Cemalın kim olduğu barədə bilgi vermək istərdim. İlkin olaraq deyim ki, o, İttihad və Tərəqqi liderlərindən olan Cemal paşanın dos-doğma nəvəsidir. Cemal paşa isə 1922-ci ilin 21 iyulunda Tiflisdə ermənilər tərəfindən öldürülüb…
Həmkarımız Hasan Cemalın yeni bir kitabı çıxıb. Yaxşı da satılır . “1915: Erməni soyqırımı”. Kayseridəki bir kitab mağazasında bu kitabı görüb əlimə alanda satıcının mənə diqqətlə baxdığının fərqindəydim. Vərəqlədim, ilk səhifəsində onun adi şəkli verilib, bu adi şəkil deyil, Ermənistandakı Sərdarabadda (indi Tzidzernaqaberd) ermənilərin uydurma “ Erməni Soyqırım” abidəsinə üç qərənfil qoyması həkk olunub. Almadım kitabı . Bəlkə də cüzi də olsa bu adama gəlir verməmək üçün.. Satıcılar belə anlarda adətən narazılıqlarını bildirməsələr də səndən məmnun da qalmırlar . Amma gənc satıcı bu kitabı bir əski parçası kimi rəflərin üstünə atmağımı çox bəyənmişdi. Və məndən bir çay içməyimi rıca etdi. Oturdum.
-Bilirsinizmi kimdir o? – deyə soruşdu məndən.
-Yaxşı bilirəm. Cemal paşanın torunudur – dedim və 2012-ci ilin mayında Ərzuruma “Erməni Türk ilişkiləri və Böyük Güclər “ adlı simpoziumda iştirak etməyə gedərkən Cemal paşanın bu şəhərdki məzarını ziyarət etdyimi də söylədim. Kitab satıcısının marağını nəzərə alaraq həmin tarixlərdə baş verən olaylarla bağlı bildiklərimi qısaca anlatmağa çalışdım. Satıcı gəncdə olsa bilgili adamdı. Dinlədi məni.
…Bu kitabı yazan Hasan Cemalın babası Cemal Paşanı Tiflisdə bir erməni terrorist öldürülmüşdü. Bundan bir il öncə digər bir lider Tələt paşa Berlində öldürülmüşdü. İttihat və Tərəqqinin digər bir öndəri, Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşa da erməni gülləsinə tuş gəlmişdi.
1908 – 1918 dönemində İttihat və Tərəqqi Partiyasının öndərlərindən olan Camal paşa da son dərəcə çətin zamanlarda ermənilər üçün əlindən gələn hər şeyi etmişdi. Amma buna baxmayaraq onu öldürdülər, onun öldürülmə səbəbləri çox da ola bilərdi, amma hamı bilirdi ki, o türk olduğuna görə sui-qəsdə uğramışdı.
Bəli, Tiflisdə, 21 iyul 1922-ci ildə, saat 22.30 radələrində paşanın yavəri Nusrət və Sürəyya bəylərlə ziyarətlərdən birindən qaldıqları otelə dönərkən, Böyük Pyotr küçəsi ilə rus gizli polisi ÇEKA-nın binasının olduğu Yukovski küçəsinin küncündə, bir avtomobildən çıxan təxminən on nəfərlik silahlı qrupun hücumuna uğramışdı Cemal paşa. Əvvəl silah səsi eşidilmiş, hadisəyə müdaxilə etməyə çalışan erməni Garegin Dilanyan adlı bir cangüdən vurulmuşdu. İkinci silah səsində adı bilinməyən bir qadın qışqıraraq yerə yıxılmışdı. Ardından yaylım atəşini xatırladan partlayışlar başlamışdı. Gənc yavər Süreyya bəy, paşanı qorumaq istəmiş, lakin vurularaq yerə serilmişti. Ardından Camal Paşa və Nusrət bəy vurulmuşdular. Boynuna və belinə üç güllə dəyən Camal Paşa ilə beş güllə yeyən Nusrət bəy dərhal ölmüş, bir güllə dəyən Süreyya bəy isə xəstəxanada həyata vida etmişdi.
O gecə, atəş açanlardan kimsə həbs edilməmişdi. Ertəsi gün Daşnak fədailərindən Qaregin Lalayan və Serqo Vartanyan adlı iki erməni zabit həbs olunmuşdu. Əlbəttə, onlar da bu basqında iştirak etmişdilər, amma əsas tapşırıq Artaşes Gevorqyana ( kod adı Dzağiqyan) verilmişdi və o da bunu sona çatdırmışdı. Ermənilərin özləri sonralar bu terroristi tərifləyərkən bu cinayəti törətdiyini etiraf etmişdilər. Türk öldürən hər kəs, erməni ideoloq Njdenin dediyi kimi, xalqın qəhrəmanıdır və bu “qəhrəmanlığı” da ermənilər təbii ki, gizli saxlamamışdılar. Həmin gün, Camal Paşa və yavərlərinin cənazələri üçün Tiflisdəki Şah Abbas məscidində xalqın, xarici nümayəndələrin və Qızıl Ordu birliklərinin də qatıldığı görkəmli bir cənazə mərasimi keçirimişdi və TBMM-nin, Mustafa Kemal Atatürkün izni ilə, Kazım Qarabəkir paşanın təşkilatçılığı ilə Ərzuruma gətirilib dəfn edilmişdi. Düz 90 il sonra mən dostum Ərzurum Atatürk Universitetinin Erməni–Türk İlişkiləri Mərkəzi başkanı prof. Erol Kürkçüoğlunun sayəsində bu qəbri ziyarət edə bilmişdim.
Mən burada tarix açmaq istəmirəm və yalnız bunu oxucuların nəzərinə çatdırmaq istərdim ki, belə bir babanın nəvəsi Cemal paşa ilə ən azından fəxr etməli idi. Hələ mən onu öldürənlərdən qisas almağı demirəm. Amma baxın bu Hasan Cemal nə edir? 2008-ci ildə ilk dəfə gedir İrəvana, “ Erməni soyqırımı” abidəsinə çiçək qoyur, burada şəkil çəkdirir və babasını öldürən Artaşes Gevoqyanın nəvəsi… Armen ilə görüşərək ondan üzr istəyir… Mən Ermənistanın “Şant” TV-nin yorumçusu Artyom Yerkanyanın Hasan Cemalın bu abidəyə çiçək qoymasından və terroristin nəvəsi ilə buluşmasından bəhs edən “Nəvələrin cavabları” adlı bəlgəsəlinə- sənədli filminə erməni dilində baxıb dinləmişəm və bu filmin nə dərəcədə türkləri aşağıladığını bir yazımda da vaxtilə göstərmişəm. Bu bəlgəsəldə Yerkanyan iki tərəfdən, türk və erməni tərəflərindən bəhs edir, müqayisələr aparır, nəticələr çixarır. Biri mədəniyyəti yüksək Ermənilərdi, digəri isə barbar bir toplum- Türklər. Yerkanyanın filmin sonundakı qənaətinə baxın: “Soyqırımın qəbul edilməsi ilə əlaqədar səni anlayan adamlarla iş görmək çətinlik törətməz. Hətta Türkiyədə belə insanlar vardır”. Demək ermənilərə bu adamlar (bəlkə də ən səmimi insanlar) ona görə lazımdırlar ki, bir erməni yalanını işə keçirmək üçün onların fikrinə əsaslansınlar. Bu mənada Hasan Cemal və onun kimi onlarca türkün erməninin əlində bir alət olduğunu söyləməkdən çəkinməzdim. Baxın filmin fabulasına: Bir tərəfdə xalqının qisasını almış terroristin məğrur nəvəsinin dik duruşu var və bu nəvə açıq-açıq bəyan edir ki, bu gün o da babası kimi millət tələb edərsə “uf demədən babasının hərəkətlərini” təkrar edər… Digər tərəfdə- Hasan Cemaldı, babasının etdiyi “günaha görə” gəlib dılğır bir erməninin qabağında yalvaran bir zavallı və bütün ermənilərdən üzr istəyən suçlu görkəmində. Bunu qəbul etmək mümkündürmü? Zavallı duruma Hasan Cemalı kim salmışdır? Əlbəttə özü. Bəlkə sız-sıx dilə gətirdiyi Hrant Dink sevgisi? ( yeri gəlmişkən kitabı da babasının xatirəsinə deyil, Hrant için yazmışdır!) Və bu durumdan artıq onun çıxış yolu yoxdur. Budur onun kitabı bu durumun davamıdır, əslində məcburiyyətdir. Və erməni təbliğat maşını bu durumdan ideoloji savaşda türkləri əməlli- başlı üstələmişdir. Hasan Cemal ermənilər üçün göydən düşmə bir şey olmuşdur. Bu film də, kitab da dostluq, barış- filan aşılamır. Bu film Hasan Cemalın, Ahmet Altanın, Ali Bayramoğlunun və başqalarının ermənilərdən “üzr diləmək” kimi mənasız düşüncəni ortaya atanların şəxsində türkləri aşağılayır. Bütün bunlara rəğmən Hasan Cemal ermənilərə soyqırım yapılmadığını bilə- bilə “Hrant Dinkin eşqinə” belə deyir: “Həm insan, həm dövlət olarak son nəticədə ermənilərin 24 aprel acısını paylaşmalıyız.”
“1915: Erməni soyqırımı” kitabında da bu fikir davam etdirilir.
Elə bilirsiniz bu ifadəyə görə ermənilər Hasan Cemala “sağol” deyirlər və gələcəkdə onu bu fikrinə görə başa keçirəcəklər? Heykəlini qoyacaqlar? Kəsinliklə. Hasan bəy onların gözündə yalnız və yalnız aldadılıb yolundan saptırılmış və “Erməni Soyqırımı” abidəsinə üç qərənfil qoydurulmuş, buradakı muzeyə “etiraflarda” bulunmuş və nəhayət belə bir kitab yazdırılmış bir türkdür. İstənilən an ona da babasının yaşadıqlarını yaşada bilərlər…Hasan Cemal kimlər erməniləri yaxşı tanımır. Və ümumən Türkiyədə ermənini tanımaq problemi var.
Cemal paşanın qanı isə… hələ də yerdədir. O zaman bu cinayətlə bağlı tutulan erməni zabitlər yetərli dəllillər olmadığına görə azad edilmişdilər. Əsas terrorçunun isə adı belə keçməmişdi. Hələ də bu cinayət açılmamış sayılır. Hasan Cemal İrəvana getmişkən bunları araşdırmağa başlasaydı və heç olmasa buna təşəbbüs göstərsəydi, ən sayqıdəyər adam olardı. Amma o təəssüf ki, başqa yolla getdi. Bu yol isə sanmıram ki, onun özünün cızdığı yoldur, inanmıram ki, bu yola özü baş vurmuşdur və öz istəyi ilə İrəvana getmişdir, inanmıram ki, o öz istəyi ilə belə bir kitab yazır və ermənilərə soyqırım edildiyini iddia edir. Eləcə də Memmedəli Birand. Birdən- birə terroristbaşi Öcalanla bağlı yazı yazır və deyir ki, Öcalan ev dustaqlığına buraxılmalı və Məclisə girməlidir. Məgər sayın Birand bilmir ki, Öcalanin əli 30 min insanın qanına bulaşıb və hələ də bu qanlar axıdılmaqdadır. Məgər Cemal paşanın torunu Hasan Cemal bilmir ki, “erməni soyqırımı” deyilən məsələ bir iftiradır? Çox yaxşı bilir. Əslində elə türk soyqırımı olmuşdur Keçən əsrin əvvəllərində onun qəzetəçi sələfi Ali Kemal da bilirdi və “Qərb uşaqlığı “ yaparaq öz millətini suçlayırdı. Belə şeylər iyaddan çıxmır. Onu görə insanlar vaxtilə İstanbul küçələrinə bu şüarla çıxmışdılar: Dünən Ali Kemal, bu gün Hasan Cemal! O zamanlar Hasan bəy çangüdənlə gəzirdi. Onu kimsə öldürməzdi, türk öz övladına qıymaz, xain olsa belə. Fərqində olmasa da Hasan bəy üçün təhlükə yenə ermənilərdən gələ bilər. Onun sələfi Ali Kemal kimilərin ucbatından nə qədər günahsız insanlar o zaman dar ağacına götürüldü. Hasan Cemalın bu kitabı da elə odur. Türk toplumunu , millətini qatil kimi dar ağacına götürməyə çalışmaq. Mən bunun adını başqa bir şey qoya bilmədim.
Aralarında Hasan Cemalın da babası Cemal paşa kimi adam olanlarınöldürülməsi “Böyük Ermənistan” xülyasının həyata keçirilməsi uğrunda icra edilmişdir. Azərbaycan və Türkiyə dövlət və hökumət xadimləri ermənilərin bu məkirli niyyətlərinin qarşısında durduğu üçün qətləyetirilmişlər. Erməni terrorunun əsas qurbanları həmişə dinc sakinlərlə yanaşı, hər iki qardaş dövlətin nüfuzlu ziyalıları vəməmurları olmuşdur. Ermənilər yaxşı anlayırdılar ki, haqlarında xaincəsinə ölüm hökmü çıxartdıqları insanlar öz torpaqlarına vəxalqlarına bağlıdırlar və onları bu yoldan ölümdən başqa heç nə döndərə bilməz. Məhz buna görə də xalqımızın aparıcı ziyalılarınıaradan götürmək terrorçuların başlıca məqsədi idi. Dünyanın heç bir yerində terrorçu qəhrəman hesab olunmur, əksinə millət üçün utac, xəcalətverici bir adam kimi lənətlənir. Amma Ermənistanda fərqli münasibət var terrorçulara. Adlarını çəkdiyimiz bu terrorçular türk böyüklərini öldürdüklərinəə görə qəhrəmandırlar. Onların doğum və ölüm günləri qeyd olunur və xalqa təlqin olunur ki, “ sənin düşmənin türkdür, onu məhv etmək hər bir erməninin borcudur”. Nemezisi həyata keçirən bu “qəhrəmanları” siz də yadda saxlayın. Bu da bizim üçün tarixi bir dərs olsun. Budur onlar:
Armen Garo (G. Basdırmaçıyan, 1872-1923)
Shahan Natali (1884-1983)
Misak Torlakyan (1894 -1968)
Arşavir Şirakyan (1902 -1973)
Aram Yerkanyan (1895 -1930)
A. Gevorkyan
Petros Ter-Poğosyan
Stepan Tsağikyan (1886 -?)
Soğomon Teyleryan (1897 – 1960)
Qafar Çaxmaqlı
KarabakhİNFO.com