Azərbaycanca

“Nemezis”terror hərəkatı

12.02.2013 | 15:04

 1360666424_nemezisÖtən əsrin axırlarına yaxın beynəlxalq terrorizmin əsas qolunu getdikcə erməni quldurlarının fəaliyyəti təşkil etməyə başlayır. İslam fundamentalistləri hesab edilən və daha çox islamafobiyayla bağlı narahatçılıq yaradan terror qurumları belə miqyasına görə erməni terror təşkilatlarından geri qalmağa başlayır. Çünki erməni terroru mülki vətəndaşları öldürmək üzrə artıq tam təkmilləşmiş və hətta amansızlığına görə digər terror qurumlarını geridə qoymuşdu.

 

 3 oktyabr 1980-ci il. Madrid.İspaniya. Partlayış nəticəsində İtaliyanın “Al İtaliya” aviakompaniyasının binası dağıdılır, 12 nəfər yaralanır. ASALA məsuliyyəti öz üzərinə götürür.

12 oktyabr 1980-ci il. ABŞ.Nyu-York. Türkiyə mehmanxanası qarşısında qaçırılmış avtomobilə qoyulmuş bomba partladılır. Partlayış nəticəsində 4 amerikalı həlak olur, qonşu binalara xeyli ziyan dəyir. CSAQ qrupu kütləvi informasiya vasitələrinin nümayəndələrinə zəng vuraraq partlayışın onlar tərəfindən törədildiyini bildirir.

“Nemezis”terror hərəkatı                4 mart 1981-ci il. Paris.Fransa. İki terrorçu Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Rəşad Moraliyə, dini işlər üzrə məsul şəxs Təsəlli Ariyə və  Anadolu Bankın nümayəndəsi İlkay Qaraqoça atəş açır. Ağır yaralanmış Təsəlli Ari ertəsi günü Paris xəstəxanasıda keçinir. ASALA-dan olan “ Şaan Natali” qrupu qətlə görə məsuliyyəti öz üzərinə götürür.

12 mart 1981-ci il. Tehran. İran. Bir qrup terrorçu Türkiyə səfirliyinə hücum edir,2 keşikçi öldürülür. Terrorçulardan ikisi yerli hökumət tərəfindən yaxalanır və sonra edam olunur. Məsuliyyəti ASALA öz üzərinə götürür.

9 iyun 1981-ci il. Çenevrə.İsveçrə.  Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz konsulluqdan çıxarkən qətlə yetirilir. Martir Camqoçyan adlı terrorçu hökumət tərəfindən həbs olunur. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürür.

28 yanvar 1982-ci il.ABŞ.Los-Anceles.Kaliforniya ştatı. Türkiyənin konsulu Kamal Arkan işə gedərkən iki terrorçu tərəfindən öldürülür. Qatillərdən biri 19 yaşlı Livan mühaciri Xamtiq Sosunyan həbs edilir,sonra mühakimə olunaraq ömürlük həbs cəzası alır. Onun cinayət yoldaşı Krikor Saliba Livana qaçır, qətlə görə məsuliyyəti erməni təşkilatı CSAQ öz üzərinə götürür.

26 mart 1982-ci il.Beyrut.Livan. Beyrutun erməni məhəlləsində tez-tez türk filmlərini nümayiş etdirildiyi konoteatrda güclü partlayış baş verir, nəticədə iki nəfər həlak olur,16 adam yaralanır. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür.

4 may 1982-ci il.ABŞ.Kembric. Massaçusets ştatı. Türkiyənin Bostondakı fəxri konsulu Orxan Gündüz şəxsi avtomobilində erməni terrorçusu tərəfindən qətlə yetirilir. Məsuliyyəti CSAQ erməni terror təşkilatı öz üzərinə götürür. Bu terror ABŞ ictimaiyyətində də geniş narahatlıq yaratmış və o zamankı Prezident Ronald Reyqan cinayəti törədən şəxsləri tapmağı tapşırsa da, heç bir nəticə olmur.Onu da qeyd edək ki, bu hadisədən cəmi iki ay əvvəl martın 22-də Orxan Gündüzün ofisi partladılmış,özü isə ağır yaralanmışdı. Hadisənin sonrakı inkişafından da görürük ki, fəxri konsulun ağır yaralanması,konsulluq binasının partladılması erməni terrorçularına kifayət etməmiş,Osman Gündüzün qətli üçün qarşılarına qoyduqları iyrənc məqsədi  iki ay sonra həyata keçirmişlər.

7 iyun 1982-ci il.Lissabon.Portuqaliya.Türkiyə səfirliyinin inzibati-təsərrüfat məsələləri üzrə attaşesi Erkut Akbay və onun həyat yoldaşı Nadidə Akbay öz evlərinin qarşısında terrorçular tərəfindən öldürülür. Məsuliyyəti CSAQ öz üzərinə götürür.

7 avqust 1982-ci il.Ankara. Türkiyə. “Esenboğa” hava limanında erməni terrorçuları müxtəlif ölkələrin (ABŞ,AFR,Türkiyə və s.) vətəndaşlarını qətlə yetirmişlər. Erməni silahlı cinayətkarlar gözləmə salonunda atəş açır, terrorçulardan biri hava limanının restoranında 20-dən artıq adamı girov götürür.Digər terrorçu polis tərəfindən yaxalanaraq zərərsizləşdirilir. Adamları girov götürmüş terrorçu ilə atışma zamanı 9 nəfər ölür, 82 nəfər yaralanır. Cinayətə görə məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürür. Tutulmuş terrorçu Levon Əkməkcyan sonradan cinayət məsuliyyətinə cəlb olunur.

27 avqust 1982-ci il.Ottava. Kanada. Türkiyənin səfirliyinin hərbi attaşesi, polkovnik Atilla Altıkat şəhərin küçələrindən birində qırmızı işıqda dayanarkən atəşə tutulur və qətlə yetirilir. Qətlə görə məsuliyyəti CSAQ erməni terror qrupu öz üzərinə götürür.

9 sentyabr 1982-ci il. Burqas. Bolqarıstan. Türkiyə konsulluğunun inzibati-təsərrüfat məsələləri üzrə attaşesi Bora Suelkan öz evində terrorçu tərəfindən qətlə yetirilir. Aradan çıxan qatil  belə bir məzmunda kağız yazıb qoyur. “ Türk diplomatını biz- erməni xalqının soyqırım əleyhinə haqq-ədalət kombatı öldürmüşük” Naməlum şəxs isə “Assosiated Press” informasiya agentliyinə zəng vuraraq xəbər verir ki, qətli ASALA erməni terror təşkilatı törətmişdir. Göründüyü kimi, bir-birindən fərqli olan bu iki erməni terror təşkilatı aralarında yaranmış ixtilaflara görə məsuliyyəti üzərilərinə götürmək üstündə belə intriqa aparmışdır.

9 mart 1983-cü il.Belqrad. Yuqoslaviya. Şəhərin mərkəzində iki erməni terrorçusunun Türkiyə səfirinə qarşı hücumu olur. Nəticədə səfir Qalib Balkar qətlə yetirilir.Terrorçular Yuqoslaviya vətəndaşları tərəfindən yaxalanır. Terrorçulardan biri atəş açaraq yuqoslaviyalı polkovniki yaralayır. Daha sonra terrorçular mülki geyimli insanlara da atəş açaraq bir tələbə oğlanı öldürür və bir qadını yaralayırlar. Terrorçuladan biri polis əməkdaşları tərəfindən öldürülür. CSAQ terror təşkilatı məsuliyyəti boynuna alır.Ən qəribəsi orasıdır ki, iki terrorçu Krikor Levonyan və Rafi Elbekyan Yuqoslaviya hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunsalar da hər ikisi tezliklə azad edilir. “Armenian Reporter” qəzetinin 1987-ci il 30 iyul tarixli nömrəsində yazılır ki, hər iki terrorçu Yunanıstanda sığınacaq tapmışdır.

“Nemezis”terror hərəkatı               16 iyun 1983-cü il. İstanbul. Türkiyə. Erməni terrorçuları dünyada məşhur olan “Qapalı çarşı” adlı bazarda əl qumbaraları və avtomatla silahlanmış saqqallılar 2 nəfəri qətlə yetirir və 21 nəfəri yaralayırlar. ASALA erməni terror təşkilatı məsuliyyəti öz üzərinə götürür.Bu terror hadisəsinə onlarla türkün qanına əli bulaşmış,Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən qırğında fəallıq göstərmiş Monte Melkonyanın başçılıq etdiyi bildirilir.

13 iyul 1983-cü il.Paris.Fransa.Türkiyənin yeddi vətəndaşı Paris hava limanında təyyarə gözləyərkən erməni terrorçuları tərəfindən qətlə yetirilir.

14 iyul 1983-cü il.Brüssel.Belçika. Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında güllə ilə öldürülür.Üç erməni terror təşkilatı – ASALA,CSAQ və “Erməni İnqlabi Ordusu” qətlə görə məsuliyyəti öz üzərinə götürür.

15 iyul 1983-cü il.Paris. Fransa. “Orli” hava limanında Türkiyə hava yollarının kassası önündə partlayış nəticəsində 8 nəfər həlak olur. Onların arasında 4 fransız,2 türk, 1 amerikalı,1 isveçli olur. Bundan əlavə,60 nəfər yaralanır. ASALA erməni terror təşkilatının Fransadakı şöbəsinə başçılıq edən Suriya mənşəli 29 yaşlı erməni Varocan Qarabedyan partlayışın təşkilində iştirak faktını etiraf etmiş və demişdir ki, bomba təyyarədə partlamalı idi.

27 iyul 1983-cü il.Lissabon. Portuqaliya. Beş erməni terrorçusundan ibarət qrup Türkiyənin Lissabondakı səfirliyini hücumla ələ keçirməyə cəhd göstərir. Lakin onlar buna müvəffəq ola bilmir,çarəsiz qalaraq səfirin müavininin mənzilini tutur,onun ailəsini girov götürürlər. Bomba terrorçunun əlində partlayır, diplomatın xanımı və dörd terrorçu həlak olur. Səfirin müavini və oğlu yaralanır.Beşinci terrorçu isə Türkiyə təhlükəsizlik (Milli İstikbarat Təşkilatı-MİT) qüvvələri ilə atışmada məhv edilir. Hadisə nəticəsində Portuqaliyanın bir polis əməkdaşı qətlə yetirilir,bir neçə vətəndaş yaralanır. “Erməni İnqlab Ordusu” cinayətə görə məsuliyyəti öz üzrərinə götürür.

Bir müddət sonra ABŞ-dakı erməni kilsələrində “Beş qəhrəmanın”ruhları üçün yadetmə ibadətləri həyata keçirilir.Onlar Lissabonda ölən terrorçuları “böyük əzabkeşlər” adlandıraraq və onların ruhuna kütləvi dualar edirlər. Bunu “Armenian Weekly” qəzetində yazılanlar da sübut edir. Qəzetdə yazılır ki, “Müqəddəs Vartanyans kilsəsində dörd yüzdən çox adam iştirak edir. “Beş qəhrəman”ın ruhları üçün qısa yadetmə ibadəti.“Boy scout”erməni ordusunun yerli dəstəsi bayraqla və şam yandırmaqla mərasim keçirmişdir.Əllərində yanar şam və qarşılarında üçrəngli erməni bayrağı olan uşaqların hər biri “ qəhrəmanları” təsvir edirdi. Həqiqətən gülünc vəziyyətdir ki, dinc insanı öldürən terrorçu qəhrəman adlandırılır və onun ruhuna uşaqlar belə dua edir.Bu erməni cəmiyyətinin terrorda açıq-aşkar iştirak etdiyinə dəlalət edir.

17 avqust 1983-cü il. Tehran. İran. “Air France” nin Tehrandakı nümayəndəsi öz avtomobilində güllə ilə öldürülür. ASALA erməni terror təşkilatı bu cinayəti öz üzərinə götürür.

27 avqust.1983-cü il. Almaniya Federativ Respublikası. Fransa konsulluğunda bomba partlaması nəticəsində,əsasən Almaniya və Fransa vətəndaşları olan 2 adam ölür,23 nəfər yaralanır.Bu cinayəti də ASALA öz üzərinə götürür.

1 oktyabr 1983-cü il. Marsel.Fransa. Beynəlxalq Ticarət Yarmarkasında baş vermiş terror aktı nəticəsində SSRİ, ABŞ-ın və Əlcazairin pavilyonları partladılır,nəticədə 1 nəfər ölür, 26 nəfər yaralanır.Aksiyanı ASALA və “Orli təşkilatı” öz üzərinə götürür.

28 mart Tehran.İran. Türkiyə diplomatlarının həyatına bir sıra sui-qəsdlər təşkil olunur.İki erməni terrorçusu Türkiyə vətəndaşı İsmayıl Pamukçuya atəş açaraq onu ağır yaralayır. ASALA məsuliyyəti öz üzərinə götürür. Türkiyə səfirinin birinci katibi Həsən Sərvət Öktəm terrorçuların hücumuna məruz qalır və yaralanır.Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşavirinin avtomobilinə bomba qoymaq istəyən erməni terrorçusu bombanın vaxtından əvvəl partlaması nəticəsində həlak olur.Terrorçunun şəxsiyyəti müəyyənləşir: Sultan Qreqoryan.O ASALA  terror təşkilatının İran şöbəsinin üzvü idi.

26 aprel 1984-cü il.Ankara. Türkiyə.Baş nazir Turqut Özalın ünvanına hədə-qorxu məktubu gəlir.Məktubda baş nazirə xəbərdarlıq edilir ki, Tehrana nəzərdə tutulmuş səfərindən əgər imtina etməsə, ASALA onun ölkəsinəı qarşı bir sıra terror aktları təşkil edəcəkdir.

28 aprel 1984-cü il. Tehran. İran. İki erməni terrorçu Türkiyə vətəndaşı İşık Yöndərin maşınını atəşə tutur.Nəticədə İşık Yöndər həlak olur. Məsuliyyəti ASALA öz üzərinə götürür…

 

ardı var…

 

 

 

    Anar TURAN

     jurnalist-tədqiqatçı

   “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun

     təsisçisi və İdarə Heyətinin üzvü 

 

 

    KarabakhİNFO.com

 

 

12.02.2013 15:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*